Putin qubernatorların istefasını təsdiqləməzdən əvvəl onlarla danışıb
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin region rəhbərlərinin istefası ilə bağlı qərarı qəbul etməzdən əvvəl onlarla danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib.
Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Belqorod və Bryansk vilayətlərinin qubernatorları arasında mütəmadi əlaqə olub və bu, dövlət idarəçiliyində normal praktikadır.
Məlumata əsasən, Vyaçeslav Qladkov və Aleksandr Boqomaz mayın 13-də vəzifələrindən azad ediliblər.
Onların yerinə müvafiq olaraq Aleksandr Şuvayev və Yeqor Kovalçuk müvəqqəti icraçı rəhbərlər təyin olunublar.
Kreml sözçüsü vurğulayıb ki, region rəhbərləri dövlət başçısı ilə daima əlaqədə olublar və istefa prosesi əvvəlcədən müzakirə olunub.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 May 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















