Putin Rusiya ordusunun yeni ştat sayını müəyyənləşdirdi
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin ölkə Silahlı Qüvvələrinin yeni ştat sayını müəyyən edən fərman imzalayıb.
Yeni fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 441 min 630 nəfər müəyyən edilib. Onlardan 1 milyon 550 min 500 nəfəri hərbi qulluqçu olacaq.
“Vedomosti”nin məlumatına görə, bu göstərici 12 iyun 2026-cı ildə imzalanmış əvvəlki fərmanla müqayisədə 42 500 nəfər çoxdur. Hərbi qulluqçuların sayı isə 40 500 nəfər artırılıb.
Yeni fərmanla əvvəlki sənəd qüvvədən düşmüş hesab edilib.
Rusiya hökumətinə fərmanın icrası üçün zəruri maliyyə vəsaitinin federal büdcədə nəzərdə tutulması tapşırılıb.
Əvvəlki göstərici nə qədər idi?Putinin 12 iyun tarixli əvvəlki fərmanına əsasən, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 milyon 399 min 130 nəfər, o cümlədən hərbi qulluqçuların sayı 1 milyon 510 min nəfər müəyyən edilmişdi.
Beləliklə, yeni qərarla hərbi qulluqçuların ştat sayı təxminən 2,7 faiz, Silahlı Qüvvələrin ümumi ştat sayı isə təxminən 1,8 faiz artırılıb.
Putin iyunun 12-də “Xüsusi hərbi əməliyyat” iştirakçıları ilə görüşündə Ukraynada döyüşlər aparılan ərazidə Rusiya hərbi qruplaşmasının sayının 700 mindən çox olduğunu da bildirmişdi.
Qeyd edək ki, fərmanda müəyyən edilən ştat sayı faktiki xidmət edən hərbçilərin sayı ilə eyni göstərici deyil. Sənəd Silahlı Qüvvələr üçün nəzərdə tutulan ştat strukturunun yuxarı həddini müəyyən edir.
Baxış sayı:134
Bu xəbər 28 Sentyabr 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















