Icma.az
close
up
RU
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur POLİTOLOQ

Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur POLİTOLOQ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nə vaxt Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları sürətlənir, o zaman Kreml dövriyyəyə girməyə başlayır


Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında Azərbaycan və Ermənistan arasındakı sülh  prosesinə də toxunub.

Cənubi Qafqaz ölkələrinin bütün problemlərini yaxın qonşuları ilə həll etməsinin vacibliyindən bəhs edən  Rusiya XİN başçısı qeyd edib ki, Aİ missiyasının Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin etməsi anlaşılan deyil: 

“Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik. Məhz buna görə də Cənubi Qafqaz ölkələri və onların qonşuları "3+3" mexanizminin yaradılması təşəbbüsünü dəstəkləyib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır". 

Lavrov hesab edir k, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və mübahisə doğuran digər məsələlərin həlli üçün də konkret qərar verməlidirlər: “Aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox".


Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında indiki mərhələdə Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesinə təsir  imkanlarının məhdud olduğunu deyib. Onun sözlərinə görə, tərəflər sülh prosesində birbaşa danışıqlara üstünlük verir, bu prosesdə üçüncü qüvvənin olmasına ehtiyac yoxdur: 

“Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında media nümayəndələrinin suallarına cavab olaraq bir sıra fikirlər səsləndirib. Həmin suallardan bəziləri Cənubi Qafqaz, xüsusən də Azərbaycanla bağlı olduğundan bu fikirlər bizim ictimaiyyətimiz tərəfindən də təhlil edilir. 

Fikir verirsinizsə, nə vaxt Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları sürətlənir, o zaman Rusiya dövriyyəyə girməyə başlayır. Rusiya tərəfindən çoxdandır ki, heç bir təklif, ideya irəli sürülmürdü. 

İndi çalışır ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş keçirilməmişdən öncə belə bir təşəbbüslə çıxış etsin və bu görüş məhz Rusiyada baş tutsun. Proseslə bağlı öz təkliflərini tərəflərə bəyan etsin. Yəni Rusiyanın fəaliyyəti əsasən Qərbin prosesdə iştirakının qarşısını almağa yönəlib.

Geosiyasi proseslərdən görünür ki, Amerika Birləşmiş Ştatlarında Donald Tramp Administrasiyasının hakimiyyətə gəlməsi bizim regionumuzda da sülh və təhlükəsizlik istiqamətində son akordları vura bilər. Lavrovun da qeyd etdiyi kimi, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəlib, bir çox mühüm məsələləri həll ediblər. Hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə  xəbərdarlıq edib. Bəlkə də, Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar öz əksini tapıb. Burada Azərbaycana qarşı faktiki olaraq ərazi iddiaları yer alır. Ona görə də Azərbaycan dövlətinin haqlı olaraq bununla bağlı tələbləri var.  Əgər Ermənistan, həqiqətən də, sülhdə səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün Azərbaycanın və Ermənistanın birlikdə müvafiq müraciət ünvanlaması ölkəmizin rəsmi İrəvan qarşısında irəli sürdüyü ikinci şərtdir. Əgər münaqişə bitibsə, Minsk qrupuna ehtiyac yoxdur: 

"Bu qrup Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin, o cümlədən Avropa Birliyinin casus missiyasının yığışdırılması da Azərbaycanın əsas şərtlərindən biridir. Lakin fevralda missiyanın vaxtının bitməsinə rəğmən AB və Ermənistan onu uzatmaqda maraqlı görünür. Bu isə tərəflər arasında sülh prosesinə zərbə vuracaq çox ciddi bir problemdir. Əgər Paşinyan Aİ missiyasının vaxtının uzadılmasından imtina etsə, Azərbaycanın digər tələblərini də yerinə yetirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri