Icma.az
close
up
RU
“Putin şəxsi qərarı ilə Əsədə siyasi sığınacaq verdi” Dünyanın gözlədiyi təsdiq Peskovdan gəldi

“Putin şəxsi qərarı ilə Əsədə siyasi sığınacaq verdi” Dünyanın gözlədiyi təsdiq Peskovdan gəldi

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin, Suriya Prezidenti Bəşər Əsədə siyasi sığınacaq verilməsi barədə şəxsi qərar qəbul edib. Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, Peskovun sözlərinə görə, Əsədin Rusiyaya sığınması qərarı, Suriyada son dövrlərdə baş verən hadisələr fonunda qəbul edilib. O bildirib ki, Əsədin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu addım atılıb.

“Prezident Putin, Suriya Prezidenti Bəşər Əsədə siyasi sığınacaq verilməsi barədə şəxsi qərar qəbul edib. Bu qərar, Suriyada son hadisələr nəzərə alınaraq, Əsədin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub,” – deyə Peskov vurğulayıb.

Peskov əlavə edib ki, Əsədin Rusiyada qalma müddəti və statusu ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq. O, həmçinin vurğulayıb ki, Rusiya Suriyada sülhün və sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək.

"Hmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarının gələcəyi barədə hələlik danışmaq tezdir. Bu, Suriya rəhbərliyini kimlərin təşkil edəcəyinə bağlıdır. Rusiya Suriya ilə dialoq qurmağa, vəziyyəti təhlil etməyə və məsləhətləşmələr aparmağa qərarlıdır". Bu kritik açıqlama da Peskovdan gəlib.

Peskov həmçinin, Rusiya prezidentinin Bəşər Əsəd ilə görüşünün planlaşdırılmadığını və Əsədin hazırkı yerinin Kreml tərəfindən şərh edilmədiyini əlavə edib.

Musavat.com xatırladır ki, Rusiya uzun illərdir Əsəd rejiminin əsas dəstəkçilərindən biri olub və Suriyada hərbi mövcudluğunu qoruyub saxlayıb. Əsədin Rusiyaya sığınması, bölgədəki geosiyasi vəziyyətə yeni bir dinamika əlavə edir və gələcək proseslərin necə inkişaf edəcəyini zaman göstərəcək.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see193

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see171

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see158

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see153

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri