“Bu cəmiyyətin mənəviyyatının və maraqlarının qorunmasına xidmət edən prosedurdur” ŞƏRH
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərar layihəsi preambula, amnistiya tətbiq ediləcək şəxslərin dairəsi, amnistiyanın tətbiqinə qoyulan məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydalarını ehtiva edir. Preambulada Azərbaycan Respublikası Konstitusiyasının ümumbəşəri dəyərlərə əsaslanaraq müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, digər ölkələrlə dostluq, sülh və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ülvi niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası olduğu xüsusi qeyd edilərək, suverenliyin bərpasının milli həmrəyliyimizi, dövlətçilik ideologiyamızı daha da möhkəmləndirdiyi, xalq-dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyi və gələcək nəsillər üçün əbədi örnək olduğu fəxrlə bəyan edilərək, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, cinayət qanunvericiliyinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir:
”Amnistiya aktı ilə cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən, artıq məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud şəxslərə təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə, cəzasını çəkmiş şəxslərin isə məhkumluğu götürülə bilər. Hazırkı akt üzrə amnistiya tətbiq ediləcək şəxslərin dairəsi çox genişdir və həm azadlıqdan müəyyən müddətə məhrum olunmuş şəxslərin cəzadan azad olunması, həm cəzanın azaldılması, həm məhkumluğun götürülməsi, həm də cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq.
Təsəvvür edin, bu humanist aktdan yalnız azadlıqdan müəyyən müddətə məhrum olunmuş şəxslər üzrə 16 fərqli istiqamət faydalanacaq. Ümumiləşdirsək, buraya Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948–1953-cü və 1987–1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlxalq borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa), qadınlar, cinayət törədərkən 18 yaşına çatmamış şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər, bu qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir.
Göründüyü kimi, layihənin dairəsi çox genişdir və ümumilikdə bu dəfəki təşəbbüs əvvəlki amnistiya aktlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. İlk olaraq nəzərə alaq ki, bu layihə yalnız humanizm prinsipi önə çəkilşmiş hüquqi hadisə deyil. Bu, eyni zamanda Azərbaycanın 44 günlük zəfəri və antiterror tədbirləri sonrası proseslərin təbii axarının çox dəqiq və zamanında qiymətləndirilməsində ehtiva olunan mühüm tarixi-siyasi hadisədir. Eyni zamanda, cənab Prezident bu təşəbbüsü ilə faktiki olaraq hüquq və ictimai münasibətlərin real imkanlarına əsaslanaraq yeni bir səhifəyə başlamaq iradəsi ortaya qoyur. Geosiyasi səhnədə 44 günlük savaşımızın nəticəsi olaraq bu səhifə artıq başlanılıb. Hüquq müstəvisində isə, heç şübhəsiz ki, təqsirli olaraq ictimai təhlükəli əməli ilə cəmiyyətin mənafelərinə qəsd etmiş minlərlə vətəndaş üçün məhz bu amnistiya aktı ilə yeni başlanğıc olacaq. Bu, əslində hər bir vətəndaşın kimliyindən asılı olmayaraq dövlət üçün qiymətli olduğunu, cənab İlham Əliyevin hər bir vətəndaşın dövlətin inkişafı və rifahı proseslərində iştirak etməsi üçün şans yaradılması niyyətini göstərir. Xüsusən qələbəmizin doğurduğu tarixi nəticələrə uyğun olaraq yalnız birbaşa bu zəfərin əldə olunmasında iştirak edən şəxslər yox, onların yaxın qohumlarının da prosesdən faydalanması üçün şans yaradılması özlüyündə unikal hadisədir. Burada bir məqamı qeyd etmək lazımdır ki, amnistiya aktında yaxın qohum dedikdə, CPM-in 7.0.32-ci maddəsində müəyyən olunan dairə, yəni babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur. Həmçinin bu yanaşmanın bütövlükdə erməni təxribatlarının, habelə Xocalı və 20 Yanvar qurbanlarına, İkinci Dünya Müharibəsi, Çernobıl qəzası, beynəlxalq missiya və sülhməramlı fəaliyyətə də şamil edilməsi amnistiyadan faydalanacaq şəxslərin sayının kifayət qədər ciddi rəqəmlərdə ehtiva olunacağını deməyə əsas verir.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, qərar layihəsində amnistiya tətbiqinə qoyulan məhdudiyyətlər də nəzərdə tutulub. Konkretləşdirsək, "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" 24 fevral 1994-cü il Qanunu ilə müəyyən olunmuş qaydada, 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktları tətbiq olunmayacaq. Habelə ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər, təhlükəli və xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunanlar, müstəqlillik dövrümüzdə amnistiyaya salınmış və ya əfv olunmuş, lakin yenidən qəsdən cinayət törətmiş şəxslər, cəzacəkmə müəssisəsində, intizam xarakterli hərbi hissədə cəza çəkərkən, həbs yerlərində saxlanarkən yenidən qəsdən cinayət törətmiş şəxslər, bu qərar qüvvəyə minənədək maddi ziyanı ödəməmiş şəxslər, o cümlədən amnistiya qərar layihəsinin 7.1-ci maddəsində göstərilən Cinayət Məcəlləsinin konkret müddəaları üzrə nəzərdə tutulmuş əməlləri törətmiş şəxslər barəsində amnistiya tətbiq olunmayacaq ki, bu da dünya hüquq praktikasında qəbul edilmiş, ictimai təhlükəsizlik və ictimai qaydanın, cəmiyyətin mənəviyyatının və maraqlarının qorunmasına xidmət edən prosedurdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Dekabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















