Icma.az
close
up
RU
İŞİD in 11 il əvvəl qaçırdığı uşaq Türkiyədə tapıldı: Məktəb, xəstəxana görməyib (FOTO)

İŞİD in 11 il əvvəl qaçırdığı uşaq Türkiyədə tapıldı: Məktəb, xəstəxana görməyib (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İŞİD-in 11 il əvvəl İraqda 9 aylıq olarkən qaçırdığı Əli Qazi Məhəmməd Cəmil əmisinin verdiyi məlumat əsasında Türkiyədə aparılan axtarışlar nəticəsində tapılıb. 

Qaynarinfo xəbər verir ki, Ankarada iraqlı bir ailənin yanında qaldığı müəyyən edilən Cəmilin məktəbə və xəstəxanaya getmədən, şəxsiyyət vəsiqəsi olmadan yaşayan, demək olar evdə həbs olunmuş vəziyyətdə yaşadığı bildirilib. 12 yaşlı Cəmil 2 il dövlət nəzarətində qaldıqdan sonra rəsmi prosedurlar tamamlanaraq ailəsinə təhvil verilib.

Cəmil 2014-cü ildə, 9 aylıq olarkən İŞİD terror təşkilatının hücumu zamanı qaçırılıb. Həmin hücumda qaçırılan digər iki qardaşı bir müddət sonra İraq və Suriyada tapılsa da, valideynlərindən bir daha xəbər alınmayıb. Əli Qazinin izinə illər sonra əmisinin apardığı axtarışlar nəticəsində Türkiyədə rast gəlinib. Ankarada V.A. adlı iraqlı qadının yanında qaldığı müəyyən edilən Əli Qazi 2023-cü ildə polis müşayiəti ilə ailədən alınaraq Ailə və Sosial Xidmətlər Nazirliyinə bağlı uşaq evinə yerləşdirilib. V.A. polisə verdiyi ifadədə "Ömər” adını verdikləri uşağı kimsəsiz olduğu üçün himayələrinə alıb böyütdüklərini iddia edib. İfadəsi alındıqdan sonra V.A. sərbəst buraxılıb.

İllərlə məktəbə və xəstəxanaya getmədən, sosial həyata qatılmadan, şəxsiyyət vəziqəsiz şəkildə yaşayan Əli Qazi üçün hüquqi mübarizə başladılıb. Dövlət himayəsində qaldığı müddətdə Ankarada bir uşaq evinə yerləşdirilən Əli Qazi müəllimlərin və mütəxəssislərin intensiv səyi ilə reabilitasiya prosesindən keçib.

Videozənglər vasitəsilə əmisi və qardaşları ilə yenidən əlaqə quran Əli Qazi fiziki və psixoloji baxımdan güclənib. Bu müddətdə ondan götürülən DNT nümunəsi İraqdan gələn əmisi və qardaşlarının DNT-si ilə uyğun çıxıb. Uzun sürən hüquqi prosesdən sonra Əli Qazi 15 dekabrda Ankaradakı İraq səfirliyində əmisi Faysal Çolaka təhvil verilib. Onun əmisi və qardaşları ilə qucaqlaşdığı anlar kameralara düşüb. İllər sonra baş verən bu qovuşma terrorun parçaladığı bir ailəni yenidən birləşdirib.

Ailənin vəkillərindən Kadir Cem Temtek bildirib ki, Əli Qazi iraqlı, türkmən bir tayfa ailəsinə mənsubdur: "Əli Qazi uzun illər İŞİD və bölgədəki digər terror təşkilatları ilə mübarizə aparmış bir ailənin övladıdır. İŞİD-in hücumlarının intensiv olduğu 2014-cü ildə Çolak tayfasına edilən hücum zamanı Əli Qazinin anası, atası və özündən böyük iki qardaşı itkin düşür. Anası və atasının taleyi hələ də məlum deyil. Qardaşlardan biri İraqda, digəri isə Suriyadakı İŞİD yetimxanasından ailənin öz səyləri ilə xilas edilir. Əli Qazi isə 2014-cü ildə 9 aylıq olarkən Türkiyəyə gətirilir. Öz uşaqları olmayan bu şəxslər onu Türkiyədə gizlədərək daim yer dəyişib yaxalanmamaq üçün onunla birlikdə qaçaq həyat sürüblər. 2,5 il əvvəl İraqdakı türkmən ailə bizə müraciət etdi. Ailənin Əli Qazinin Türkiyədə olduğuna dair şübhələri var idi. Biz ailədən aldığımız bütün məlumatları, fotoşəkilləri, kimlik və yer barədə ehtimalları Ankara Polis İdarəsinə ötürdük. Türkiyədə polis qurumlarının koordinasiyalı işi nəticəsində Əli Qazinin yeri müəyyən edildi və 2023-cü ilin mayında Ankara Mamak rayonunda keçirilən əməliyyatla xilas edilərək dərhal dövlət himayəsinə alındı".

Vəkil Temtek bildirib ki, Əli Qazinin nə şəxsiyyət sənədi, nə xəstəxana, nə də məktəb qeydi olub: "Onu tapdığımızda məktəb görməmiş, xəstəxana görməmiş, sosial çevrəsi və dostu olmayan bir uşaq idi. Sanki evdə həbs olunmuş şəkildə televiziya və telefonla böyüdülmüşdü. Kim olduğu, ailəsi barədə heç bir məlumatı yox idi. Sosial və psixoloji vəziyyəti olduqca ağır idi. Amma ailəsinə təhvil verilərkən artıq ailəsini, bayrağını, vətənini və bir çox məlumatı uşaq evində öyrənmişdi. Türk dövlətini bir ailə kimi tanıdı. Türk dövləti də onu övlad kimi gördü və böyütdü. Uşaq evindən ayrılarkən dostları və müəllimləri ilə qucaqlaşdığı anlarda gözlərindəki parıltı tamamilə fərqli idi. Dövlət Əli Qaziyə ata oldu, o da dövlətə övlad oldu. İndi isə öz ailəsinin, əmisi və qardaşlarının yanındadır. İnşallah tezliklə anası və atasına da qovuşar".

Ailənin digər vəkili Özkan Oğurlu isə deyib: "11 il boyunca heç çölə çıxmamış bir uşaqdır. Xəstəxanaya aparılmayıb, hətta peyvəndləri belə olunmayıb. Vəziyyəti həqiqətən çox ağır idi, bir çox şeyə reaksiya vermirdi. Reabilitasiyadan sonra isə əmisini və ailəsini tanıyır, onların yanına getmək istəyirdi. Hətta İraq səfirliyinə gedəndə İraq bayrağını öpdü".

DHA-ya videomüsahibə verən Əli Qazi deyib: "Türkiyə dövlətinə çox təşəkkür edirəm, Allah razı olsun. Onları çox sevirəm. Uşaq evində olarkən tədbirlər edirdik. Oradakı dostlarım üçün çox darıxıram. O vaxtlar çox kədərli idim, amma indi atam var, yanımdadır. Çox xoşbəxtəm. Əslində əmimdir, amma onu ata kimi sevirəm. Uşaq evi mənə çox şey öyrətdi. Böyüyəndə atam kimi polis olmaq istəyirəm. Sizi, İraqı və Türkiyəni çox sevirəm. Türk polislərinə Allah çox razı olsun".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see246

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see194

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see164

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see162

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri