Putin Si Cinpinlə görüşdü
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında ticarət və turizm əlaqələri, Asiya-Sakit okean regionunda əməkdaşlıq və çoxqütblü dünya düzəninin formalaşması müzakirə olunub.
Putin bildirib ki, Rusiya ilə Çin daha ədalətli çoxqütblü dünya düzəninin formalaşmasına konstruktiv yanaşır. Onun sözlərinə görə, iki ölkənin ortaq məqsədi Asiya-Sakit okean regionunun rifahına töhfə verməkdir.
Rusiya Prezidenti 2026-cı ildə ikitərəfli ticarət dövriyyəsində artım gözlədiyini deyib. O əlavə edib ki, Pekinin təşəbbüsü ilə tətbiq olunan vizasız rejim qarşılıqlı turist səfərlərinin artmasına şərait yaradıb.
Si Cinpin isə Rusiya ilə münasibətlərin geniş perspektivlərə malik olduğunu və beynəlxalq şəraitdəki dəyişikliklər fonunda sabit qaldığını bildirib. O, Çinin regionun rifahı naminə Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Çin lideri qeyd edib ki, Pekin və Moskva çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşməsinə töhfə verəcəklər.
Baxış sayı:90
Bu xəbər 18 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















