Bakının məşhur dairəsində daha tıxac olmayacaq? Video
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həsən bəy Zərdabi prospekti, "Qələbə" dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun "20 Yanvar" stansiyası istiqamətindən "Qələbə" dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.
Qeyd olunub ki, mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.
Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd "L" və "A" tipli olmaqla piyada və nəqliyyat bölməli işıqforlar quraşdırılaraq istifadəyə verilib.
Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















