Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir.
Binada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib. Bununla belə hələlik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib. Mərkəzi Bank 2026-cı il iyunun 22-dək bu binada fəaliyyət göstərib. Həmin tarixdən etibarən bankın əsas fəaliyyəti Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binaya köçürülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















