Putin: Son 3 ildə Kremldə gecələyirəm
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, son üç ildə daha çox Kremldə gecələməli olub.
Gununsesi.info xəbər verir ki, Rusiya lideri bunu “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində bildirib.
Sənədli kadrlarda Putin və VGTRK-nın jurnalisti Pavel Zarubinin Kremldəki mənzilə birlikdə daxil olduqları görünür.
Jurnalist prezidentdən soruşub: “Deməli, siz tez-tez burada gecələyirsiniz?” Putin suala cavab olaraq deyib: “Bəli. Son üç ildə, əsasən burada gecələməli oluram”.
Pəncərənin yanındakı ağ pianinonu göstərərək jurnalist prezidentdən ifa etməyə vaxtının olub-olmadığını soruşub.
“Çox nadir hallarda” – deyə, Rusiya lideri jurnalistə cavab verib.
Putin daha sonra Zarubinə kitabxananı, iki yataq otağını və “ev kilsəsini” göstərib.
Baxış sayı:60
Bu xəbər 30 Aprel 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















