Tez tez Kremldə gecələyirəm Putin
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, son üç ildə daha çox Kremldə gecələməli olub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Rusiya lideri bunu “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində bildirib.
Sənədli kadrlarda Putin və VGTRK-nın jurnalisti Pavel Zarubinin Kremldəki mənzilə birlikdə daxil olduqları görünür.
Jurnalist prezidentdən soruşub: “Deməli, siz tez-tez burada gecələyirsiniz?”
Putin suala cavab olaraq deyib: "Bəli. Son üç ildə, əsasən burada gecələməli oluram".
Pəncərənin yanındakı ağ pianinonu göstərərək jurnalist prezidentdən ifa etməyə vaxtının olub-olmadığını soruşub.
“Çox nadir hallarda” - deyə, Rusiya lideri jurnalistə cavab verib.
Putin daha sonra Zarubinə kitabxananı, iki yataq otağını və “ev kilsəsini” göstərib.
Baxış sayı:107
Bu xəbər 30 Aprel 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















