Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevə tanker donanmasının texniki vəziyyətinin təftiş edilməsini tapşırıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hökumət üzvləri ilə görüşündə deyib.
Bundan əlavə, Rusiya Prezidenti Qara dənizdə tankerlərdə texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə mövcud texniki, texnoloji və elmi potensialın təftişinin aparılması barədə göstəriş verib.
“Aydındır ki, bu iş mürəkkəbdir, bir sıra qurumun fəaliyyətinə təsir göstərir, ona görə də baş nazirin müavini vəzifəsindən bu işlə məşğul olmaq sizin üçün, belə demək mümkünsə, “əlverişli” olacaq. Ona görə də sizdən xahiş edirəm ki, bütün bunları təşkil edəsiniz, sonra isə onların hər biri haqqında mənə ayrıca məlumat verəsiniz”, - Putin deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Yanvar 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















