Putin Tramp görüşü buna görə ləğv edilibmiş
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Macarıstanda keçiriləcək görüş Sergey Lavrov və Marko Rubio arasında gərgin telefon danışığından sonra ləğv edilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Rusiya və ABŞ diplomatları oktyabrın 20-də danışıblar. Jurnalistlərin sözlərinə görə, onların söhbəti uğursuz keçib. Rusiya xarici işlər naziri Sergey Lavrov söhbət zamanı ABŞ dövlət katibi Marko Rubioya Moskvanın hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması təklifi ilə razılaşmadığını bildirib”, – deyə nəşr yazıb.
Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp arasında telefon danışığı olmuşdu və onlar Macarıstanda şəxsən görüşmək barədə razılığa gəlmişdilər.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Oktyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















