Putin Tramp görüşü ilə bağlı İDDİA: Rusiyanın əsas məqsədi budur...
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Vladimir Putinin Donald Trampla Ukrayna nümayəndələrinin iştirakı olmadan keçiriləcək görüşü Rusiyanın dünya səhnəsində supergüc statusunu möhkəmləndirə bilər.
Bizim.Media xəbər verir ki, bu iddia ilə "The Hill" qəzeti çıxış edib.
Nəşr Putinin Trampın Ukrayna ilə bağlı saziş bağlamaq istəyini "hətta Ukraynanın suverenliyi və təhlükəsizliyi bahasına olsa belə, Rusiya üçün əlverişli şərait əldə etmək imkanı" kimi qiymətləndirir.
Məqalə müəllifləri iddia edirlər ki, Rusiya hakimiyyəti fövqəldövlət kimi öz mövqeyini gücləndirmək üçün Ukraynanın iştirakı olmadan ABŞ lideri ilə birbaşa görüşə can atır.
Putin daha əvvəl qeyd edib ki, Moskva müharibə ilə bağlı ABŞ-ın yeni administrasiyasıyla dialoqa açıqdır. O bildirib ki, ən vacib məsələ isə böhranın əsas səbəblərini aradan qaldırmaqdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Fevral 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















