Icma.az
close
up
RU
“PUTİN TRAMPI ALÇALTMAĞA ÇALIŞIR VƏ DEMƏK İSTƏYİR Kİ...” “Putin Qərblə “siçan pişik” oynayır və o, pişik deyil”

“PUTİN TRAMPI ALÇALTMAĞA ÇALIŞIR VƏ DEMƏK İSTƏYİR Kİ...” “Putin Qərblə “siçan pişik” oynayır və o, pişik deyil”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Ukrayna hər şeyə razılaşmalı, amma heç nəyə qol çəkməməlidir”

“Putinin və ətrafının hazırda Ukrayna ilə bağlı hərəkətləri “danışıqlar oyunu”dur. Onlar həmişə belə ediblər və bu, aldadıcı taktikadır. Vaxtilə eyni şeyi adını çəkmək istəmədiyim bir ABŞ dövlət katibi ilə də etmişdilər. 2 il Cenevrədə onunla danışıqlar apara-apara Suriyanın şəhərlərini bombalamaqda, orada möhkəmlənməkdə davam etdilər”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın sabiq xarici işlər naziri Andrey Kozırev deyib.

Hazırda ABŞ-də yaşayan Kozırev qeyd edib ki, ABŞ-də yeni hakimiyyətə gələnlər də Rusiyanın eyni tələsinə düşürlər - “danışıqlar oyunu”na gedirlər: “Müharibəni uzun müddətə dayandırmağın yeganə yolu Putinə qarşı güclü təzyiqdir. ABŞ-də istəsələr, bunu edərlər. Putinin “qulağına ən yaxın” şəxs olan Uşakov (Putinin köməkçisi Yuri Uşakov-red.) özü də bilmədən həqiqətə çox yaxın olan bir ifadə işlətdi. O, təxminən belə dedi: “Nə qədər sülh prosesini imitasiya etmək olar? Hər şey cəbhədə həll olunur”. Məsələ ondadır ki, ABŞ administrasiyasında da bunu yaxşı bilirlər. Məsələn, Trampın milli təhlükəsizlik üzrə köməkçisi (Maykl Uolts-red.) təxminən 5-6 ay əvvəl “Fox News”-da deyirdi ki, bu müharibəni bitirməyin yeganə yolu və ABŞ-nin etməli olduğu yeganə şey Ukraynaya mümkün qədər çox və yaxşı silah verməkdir. Başqa variant yoxdur. Qalan şeylər – xahişlər, yaxud sanksiya təhdidləri boşdur. Putin sanksiyalardan yan keçməyi öyrənib. Nə qədər ki, Çin, İran, Şimali Koreya, xəsislikdən ucuz qiymətə Rusiya nefti alan Hindistan var, bu sanksiyalar boş olacaq. ABŞ administrasiyasında bunları hələ 5 ay əvvəl yaxşı başa düşən adamlar var. İnanmıram ki, bu adamlar son 5 ay ərzində bu qədər kütləşiblər. Deməli, səbəb başqadır. Tramp bunu istəmir. O, sülhməramlı olmaq, buna görə Nobel sülh mükafatı almaq istəyir. Ancaq bunu Putinlə dalaşmadan etmək istəyir. Niyə? Səbəbini o qədər də anlaya bilmirəm. Amma bu, vacib deyil. Vacib odur ki, Tramp biznesmen kimi düşünür və Ukraynada sülhü “ucuz qiymətə almaq” istəyir. Təəssüf ki, bu zaman Ukraynada insanlar ölür, onlar bunun haqqını öz qanları ilə ödəyirlər. Bu tragikomediya faciəli bitə bilər. Amma mən inanıram ki, hər şey Ukraynanın qələbəsi ilə bitəcək...”

Kozırev Avropanın Ukraynaya güclü dəstək vermək və öz hərbi gücünü artırmaqdan başqa yolunun olmadığını da qeyd edib. Onun dediyinə görə, Avropanın indiyə qədərki davranışları “qorxaqlıq, vəziyyəti anlamamaq və sadəlövhlükdən” ibarət olub: “Lakin Avropanın ən azı beynində böyük dönüş baş verib. Qərb müxtəlif hesablamalara görə, 10-12 dəfə, bəlkə də daha çox iqtisadi cəhətdən Rusiyadan güclüdür. 10 faiz yox, 10 dəfə! Bu baxımdan Rusiya filə hürən balaca it kimi görünür. Onlar azca kəmərlərini çəkib, özlərini toplayacaqlar. İnsanlar öz səhvləri üzərində öyrənirlər... Bunlar varlı ölkələrdir. Nə vaxta qədər öz təhlükəsizliklərini ABŞ hesabına təmin edəcəklər? Onların silahları var və bunu artıracaqlar. Onlar anlayacaqlar ki, bu düşmənə yalnız qalib gəlmək lazımdır. Çünki o, atəşkəs, sülh və s. yəni, başqa dil anlamır. Avropada da, Amerikada da ayılıb, bunu anlayacaqlar... Trampın vaxtı çox deyil. O, nəsə etməlidir. O demişdi ki, tərəflərdən biri sülhə razı olmasa, bunu edəcək, onu edəcək və s. Artıq hətta Konqresdəki respublikaçılar, Trampın digər tərəfdarları da deyirlər ki, indi göstər nə edəcəyini”.

Kozırev jurnalistin Trampın Moskvaya səfər edən xüsusi elçisi Uitkoffla bağlı sualını cavablandırıb. O deyib ki, peşəkar diplomat və siyasətçi olmayan Uitkoffa ilk növbədə öz peşəsi ilə (Uitkoff iri biznesmen və Trampın dostudur-red.) məşğul olmağı tövsiyyə edərdi. Həmçinin, onun fikrincə, Uitkoff Putinlə söhbətdən sonra Trampa anlatmalıdır ki, Putinə sülh lazım deyil: “Onu müharibə təmin edir və bu, həm də şəxsən səni (Trampı) alçaltmaq üçündür. Putin bu oyunla demək istəyir ki, ABŞ-yə yeni prezident gəlib, amma bu, mənim vecimə də deyil. Nə xoşuma gəlir, onu da edəcəyəm. Səninlə isə “siçan-pişik” oynayıram. Bilirsinizmi, bu situasiyanın absurdluğu ondadır ki, əslində, bu oyunda pişik ABŞ və Avropadır. Onların qarşısındakı isə siçandır. Putin. Lakin bu iki pişik özünü siçan kimi, siçan isə pişik kimi aparır. Axı bu, hamıya aydındır...”

Sabiq Rusiya XİN başçısı Ukraynanın son günlər xarici siyasətdə atdığı addımları çox bəyəndiyini deyib. O qeyd edib ki, Ukrayna diplomatiyası Ciddə görüşündə 30 günlük atəşkəsə razılıq verməklə, böyük uğur əldə edib. Onun fikrincə, Trampın istədiyi şəkildə oyun oynamalı, onun çox sözünə fikir verməməli, onunla konfliktə getməməlidir: “Ukrayna Səudiyyə Ərəbistanında bu oyunu çox gözəl oynadı. Burada hər şeyə razılaşmaq, boş yerə mübahisə etməmək lazımdır. Bu, hər şeyə razılaşmaq, amma heç nəyə imza atmamaqdır! Ukraynalılar məndən soruşsaydılar, deyərdim ki, öz yolunuzla gedin, Ukraynaya sərf etməyən heç bir razılaşmanı imzalamayın, xüsusilə də ərazi güzəştinə dair. Əvvəlcədən hər hansı təhlükəsizlik təminatları da tələb etmək lazım deyil. Çünki heç kim heç bir təminat verməyəcək. Onlar (Qərb) silah verməyə qorxurlar, o da qaldı təhlükəsizlik təminatı. Tutaq ki, oraya 30-40 min fransız, ya ingilis əsgərləri yerləşdirdilər. Atəşkəs pozulsa, onlar Ukrayna tərəfində döyüşə girəcəklərmi? Əlbəttə ki, yox. Bu, boş məsələdir. Vacib olan nədir? Vacib olan odur ki, ABŞ yardımını davam etdirsin və bunu imkan daxilində daha da artırsın. Xüsusilə də silah yardımını. Və bu müddət ərzində mümkün qədər daha da güclü Ukrayna ordusu yaratmaq lazımdır. Çünki məhz bu, Ukraynanın yeganə real təhlükəsizlik təminatıdır!”

C.Məmmədov

“AzPolitika.info”  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Mart 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri