Putin Trampın təhlükədə olduğunu düşünür
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhlükədə olduğunu düşünür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Putin, həmçinin Trampın hazırkı prezident Co Baydenlə görüşdə nə danışdıqlarını bilmədiyini, ona görə də onların söhbətini şərh etməyəcəyini söyləyib.
O bildirib ki, ABŞ-də Trampa qarşı tamamilə qeyri-sivil mübarizə üsullarından, o cümlədən sui-qəsd cəhdindən istifadə olunub:
"Bəli, o, hələ də təhlükədədir. ABŞ tarixində belə hallar baş verib".

Putin Trampın təhlükədə olduğunu düşünür
28 Noyabr 2024 18:28
Putin Trampın təhlükədə olduğunu deyib
28 Noyabr 2024 18:31
Putin və Trampın Budapeşt görüşü təhlükədə: ABŞ qırıcıları qoruya bilməyəcək
20 Oktyabr 2025 22:38
Putin Trampın inauqurasiyasını gözləyir
11 Dekabr 2024 17:04

