Putin Trampın təklifini də boş adlandırdı: Fərqi yoxdur
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin ABŞ-də keçirilən seçkilərdə qalib gələn və bütün seçki dövründə Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyi ilə bağlı ritorikasını təkrarlayan Donald Trampın Co Baydendən fərqli bir təklif irəli sürmədiyini bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə Leninqradda keçirilən Avrasiya İqtisadi Birliyinin (Aİİ) Ali Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.
Rusiya lideri fikirlərini bu cür ifadə edib:
“Tramp administrasiyasının “Ukraynanın NATO-ya üzvlüyünü 10-20 il ərzində təxirə salmaq şərtilə münaqişəni dayandırmaq” planının Baydenin təkliflərindən heç bir fərqi yoxdur”.
Putin həmçinin həftənin əvvəlində Moskvaya səfər edən Slovakiyanın Baş naziri Robert Fikonun Ukrayna müharibəsində mümkün atəşkəs danışıqlarında vasitəçi ölkə olmağı təklif etdiyini və bu təklifin onlar üçün uyğun olduğunu da qeyd edib.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















