Icma.az
close
up
RU
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: Sizdədirsə, niyə içəri girmirsiniz?

Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: Sizdədirsə, niyə içəri girmirsiniz?

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"Ukrayna problemi sülh yolu ilə həll etməkdən imtina edir. Biz hələlik Ukraynanın ərazi məsələsini müzakirə etməyə hazır olduğunu da görmürük".

Mia.az xaric mətbuaa istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvadakı "Qostini Dvor" mərkəzində keçirilən illik mətbuat konfransında deyib.

O, "İlin Nəticələri" proqramında Ukrayna böhranı ilə bağlı suala cavabda bildirib ki, danışıqları davam etdirmək barədə anonslar verilir: "Kiyev hələ də böhranı sülh yolu ilə həllindən imtina etsə də, dialoqun davamı barədə siqnallar alırıq. Dəfələrlə demişəm, böhranın təməl prinsip və səbəblərinin aradan qaldırılmalıdır. Yalnız bu şərtlə ötən ilin iyun ayında elan etdiyim prinsiplərə əsaslanaraq məsələni sülh yolu ilə həll etmək istəyirik".

Cəbhədəki vəziyyətə toxunan Putin strateji təşəbbüsün Rusiya ordusunda olduğunu iddia edib: "Qoşunlarımız Kursk bölgəsini düşməndən azad etdikdən dərhal sonra strateji təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrinin əlinə keçib. Bu nə deməkdir?! Bu o deməkdir ki, qoşunlarımız bütün təmas xətti boyunca irəliləyir. Düşmən bütün istiqamətlərdə geri çəkilir. Yeri gəlmişkən, Krasnı liman şəhəri tezliklə Rusiya ordusunun əlinə keçəcək. Döyüşlər Konstantinovka şəhərində davam edir. Bu şəhərin 50%-i bizim nəzarətimizdədir. Şübhəsiz ki, qoşunlarımız da bu şəhəri ələ keçirəcəklər. Dimitrov şəhəri də tamamilə mühasirəyə alınıb".

Putin bildirib ki, rus qoşunları Kupyansk şəhərini də nəzarət altında saxlayır: "Onlar hələlik şərqə doğru irəliləmirlər, çünki onların çox vacib vəzifələri var: Oskol çayının sol sahilindəki Ukrayna qrupunu məhv etmək və başqa bir yaşayış məntəqəsi olan Kupyansk-Uzlovoyu ələ keçirmək. Oradakı düşmən qrup da mühasirəyə alınıb...".

Rusiuya lideri daja sonra Xarkov vilayətindəki Kupyansk şəhərinin girişində Zelenskinin şəklini paylaşmasına da toxunub:  "O, İstedadlı aktyordur. Şəhərin adı yazılmış lövhənin altında çəkiliş aparır. O lövhə isə şəhərdən bir kilometr aralıdadır. Niyə girişdə gözləyirsiniz?! Əgər Kupyansk sizin nəzarətinizdədirsə, niyə içəri girmirsiniz?!..."

Samir MUSAYEV

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Dekabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri