Icma.az
close
up
RU
Putin Ukraynada dayanmaq İSTƏMİR ISW hesabatları nə DEYİR?

Putin Ukraynada dayanmaq İSTƏMİR ISW hesabatları nə DEYİR?

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Putinin hərbi əməliyyatları tez bir zamanda bitirmək planı yoxdur, əksinə, o, yavaş-yavaş irəliləməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya hərbi komandirləri 9 aya qədər davam edə biləcək əməliyyatlar planlaşdırır və bu, Vladimir Putinin Ukraynadakı hərbi əməliyyatları tez bir zamanda dayandırmaq niyyətində olmadığını göstərir. Sözügedən məsələ ilə bağlı araşdırmaları isə ABŞ-dəki Müharibə Araşdırma İnstitutu (ISW) yayımlayıb.

KİV əlavə edib ki, Vaşinqtonun analitik mərkəzinin qiymətləndirməsində deyilir ki, Rusiyanın Xarkov şəhəri Kupyansk qəsəbəsini əhatə etmək planı uzunmüddətli strateji düşüncənin nümunəsidir və komandirlərin münaqişənin uzanacağına inandığını göstərir.

ISW-yə görə, 2024-cü ilin fevralında Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin ələ keçirilməsi, çox güman ki, yavaş-yavaş həyata keçiriləcək digər cəbhə bölgələrinin gələcək Rusiya mühasirəsi üçün bir model olacaq. Hesabatda deyilir ki, Moskvanın 2024-cü ilin oktyabrında Ukrayna qoşunlarının geri çəkildiyi Vuqledarı işğal etmək səyləri Rusiyaya daha da qərbə doğru irəliləməyə imkan verib. Bildirilir ki, daha sonra Rusiya Ukrayna qoşunlarının qaçış yollarını dayandırdı və yanvarda Velika Novoselivkanı ələ keçirə bildi. Bütün bunlar onu göstərir ki, Rusiya üsulları cəbhəyanı şəhər və qəsəbələrin yavaş-yavaş ələ keçirilməsini nəzərdə tutur.

Fin hərbi analitik Emil Kastehelmi isə nəşrlə söhbətində bildirib ki, Rusiya qüvvələrinin çaylar və açıq sahələr kimi məhdud relyef səbəbindən Velika Novoselovkadan kənara sürətlə irəliləməsi çətin olacaq və bu istiqamətdə görüləsi işlər çox azdır:

“Eyni zamanda, Kupyanskın mühasirəyə alınması aylar çəkəcək, Rusiya hərbi komandanlığı isə altı aydan doqquz aya qədər davam edə biləcək uzunmüddətli əməliyyatlar öhdəsinə götürür: Rusiya komandirləri, çox güman ki, Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Ukraynadakı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil”.

ISW-nin Rusiyanın əhəmiyyətli planlaşdırma tələb edən döyüş meydanında yavaş, operativ manevrlə bağlı planlarını qiymətləndirməsi isə onu deməyə əsas verir ki, Putinin hərbi məqsədləri uzunmüddətlidir və Tramp administrasiyasının nə deməsindən asılı olmayaraq, onun danışıqlara razılıq vermək niyyətini nəzərdə tutmur.

Rafi Müslümov

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Fevral 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri