Icma.az
close
up
RU
Putin: “Ukraynaya qarşı müharibəyə başlamaq qərarı düzgün və vaxtında qərardır”

Putin: “Ukraynaya qarşı müharibəyə başlamaq qərarı düzgün və vaxtında qərardır”

Icma.az, Ayna saytına istinadən bildirir.

Rusiya lideri Ukraynanın “tamamilə dinc hədəflərə Rusiya ərazisinin dərinliklərinə” zərbələr endirməsindən şikayətlənib

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda rus hərbçiləri ilə görüşüb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Putin 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamaq qərarının “düzgün və vaxtında” qərar olduğunu bəyan edib.

O sentyabrın 30-da Rusiyanın işğal olunmuş Ukrayna ərazilərinin Rusiya Federasiyası ilə “Birləşmə günü”nü qeyd etdiyini xatırladaraq, Moskvanın təşkil etdiyi “referendumlarda” bu regionların sakinlərinin guya “əzici səslə” Rusiyanın tərkibinə qatılmasına “səs verdiyini” vurğulayıb.

“Bu, 2022-ci ilin fevralında qəbul edilmiş qərarların düzgün və vaxtında qəbul edildiyini təsdiqləyir”, - deyə Putin bildirib.

Putin öz çıxışında Rusiyanın “bütün təmas xətti boyunca irəlilədiyi” tezisini təkrarlayıb. O həmçinin Ukraynanın “tamamilə dinc hədəflərə Rusiya ərazisinin dərinliklərinə” zərbələr endirməsindən şikayətlənib. Putin həmçinin bəyan edib ki, Rusiya 2025-ci ilə qədər Ukrayna ərazisinin 4900 kvadrat kilometrini, yəni ölkə ərazisinin təxminən 0,8%-ni ələ keçirib və “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə nail olmaq zərurətini təsdiqləyib.

Bundan əvvəl, oktyabrın əvvəlində “Valday” Diskussiya Klubunun iclasında çıxış edən Putin ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” kimi təsvir etməsinə cavab verib. Kreml lideri bəyan edib ki, bu cür səciyyələndirmələr “yanlışdır”, çünki Rusiyan guya “bütün NATO bloku” ilə mübarizə aparır.

Putin həmçinin qeyd edib ki, o Amerika liderinin sözlərinə “sakit” yanaşır və ehtimal edir ki, Tramp bunu “ironik” deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri