Icma.az
close
up
RU
Putin Vatikan görüşünə də getmir NƏDƏN QORXUR? KONKRET

Putin Vatikan görüşünə də getmir NƏDƏN QORXUR? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Vatikana getməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Rusiya hökumətindəki mənbələrə istinadən xəbər yayıb.

Bildirilir ki, Kremlin qərarı “təhlükəsizlik baxımından” əsaslandırılır – Vatikanın yerləşdiyi İtaliya NATO üzvü olduğu üçün Rusiya lideri bu səfəri riskli hesab edir. Bundan başqa, Moskva Vatikanı Ukrayna münaqişəsində neytral vasitəçi saymır.

Mövzuya münasibət bildirən Rusiya Pravoslav Kilsəsi də müqəddəs taxt-tacı (Vatikanı) “Ukraynadakı tarixi rəqib” adlandıraraq bu vasitəçilik təşəbbüsünə skeptik yanaşdığını açıq ifadə edib.

İzvestiya qəzetinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Vatikanı mümkün danışıqlar üçün istisna etməsə də, Kremldə bu istiqamətdə ciddi tərəddüdlər qalır. Eyni zamanda, Bloombergin məlumatında vurğulanır ki, Moskva rəsmi şəkildə Türkiyəni danışıqlar üçün daha uyğun və etibarlı məkan hesab edir.

Lakin vəziyyət göründüyündən daha mürəkkəbdir. Rusiya lideri təhlükəsizlik səbəbilə yalnız Vatikana deyil, neytral mövqe sərgiləməyə çalışan Ankaraya da getməkdən yayınır. Kremlin yaxın çevrəsinə görə, Putin Türkiyə ərazisində də öz təhlükəsizliyinə zəmanət veriləcəyinə inanmır – xüsusilə də NATO-nun geniş izləmə imkanları və dron texnologiyalarının bölgədə fəal olması fonunda.

Bu arada The Wall Street Journal ABŞ mənbələrinə istinadla yazır ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti ilə söhbətində bu mövzunu müzakirə edib və daha sonra Avropa liderlərinə bildirib: “Putin müharibəni dayandırmaq niyyətində deyil, çünki vəziyyəti öz xeyrinə dəyərləndirir və qalib gələcəyinə inanır.”

Beləliklə, Rusiya prezidenti beynəlxalq danışıqlar prosesindən faktiki olaraq çəkilir və bu, onun Ukrayna ilə müharibədə kompromisə meylli olmadığını bir daha nümayiş etdirir. Təhlükəsizlik bəhanəsi ilə danışıqlardan yayınmaq, əslində, Moskvanın mövcud kursunu davam etdirmək niyyətinin başqa ifadəsidir.

Günel Mikayılova,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri