Putin Vitali Savelyevə yeni vəzifə verdi
Icma.az bildirir, Publika.az portalına istinadən.
Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevi Rusiya Prezidentinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi təyin edib.
Publika.az xəbər verir ki, müvafiq fərman rəsmi Hüquqi İnformasiya Portalında dərc olunub.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Sankt-Peterburq (Rusiya) və Mumbay (Hindistan) şəhərlərini birləşdirir və Azərbaycan da daxil olmaqla 14 ölkəni əhatə edir. Bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunları üzrə bildirmişdi ki, “Şimal-Cənub” layihəsi Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər, eləcə də regional nəqliyyat marşrutları ilə bağlı məsələlər üçün müstəsna əhəmiyyət kəsb edir.
Baxış sayı:98
Bu xəbər 25 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















