Putindən ordu ilə bağlı mühüm fərman: Say artırılsın
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin (SQ) səlahiyyətli sayını 1,51 milyon hərbçi də daxil olmaqla 2 399 130 nəfərdən ibarət müəyyən edən fərman imzalayıb.
Ölkə.az xəbər verir ki, imzalanan sənəddə qeyd olunub ki, Rusiya Federasiyası Hökuməti federal büdcədən Rusiya Federasiyası Müdafiə Nazirliyinə büdcə ayırmalarının ayrılmasını təmin edəcək.
Fərmanda bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin sayı ilə bağlı əvvəlki 4 mart 2026-cı il tarixli fərman artıq qüvvədən düşmüş hesab olunur. Əvvəlki fərman qoşunların icazə verilən sayını 2.391.770 nəfər olaraq müəyyən edib. Yeni fərman icazə verilən sayı təxminən 7.300 nəfər artırır.
Qeyd eədk ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev aprelin sonlarında bu ilin əvvəlindən bəri Silahlı Qüvvələr ilə 127 min nəfər müqavilə imzaladığını bildirib. O əlavə edib ki, daha 10 min nəfər könüllü bölmələrdə xidmət etmək üçün müqavilə imzalayıb.
Medvedev əlavə edib ki, 2025-ci ildə 450 min nəfər müqavilə imzalayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 13 İyun 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















