Putindən sonra Zelenski də Trampla görüşə gedir
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra "Telegram" kanalında yazıb:
"Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".
Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub. Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.
"Biz Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır", - Zelenski qeyd edib.
O, həmçinin ABŞ-la birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın danışıqların bütün mərhələlərdə iştirakının vacibliyini qeyd edib.
Baxış sayı:105
Bu xəbər 16 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















