Icma.az
close
up
RU
Putindən Türkiyə AÇIQLAMASI: Etibarlı və sübut edilmiş tərəfdaşdır

Putindən Türkiyə AÇIQLAMASI: Etibarlı və sübut edilmiş tərəfdaşdır

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı və sübut olunmuş tərəfdaş kimi qiymətləndirdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, o, Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin həllində xüsusi rolunun gələcəkdə də tələb olunacağını vurğulayıb.

Kreml tərəfindən yayılan məlumata görə, Putin bu fikirləri Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə səsləndirib.

Putin Ərdoğanla münasibətlərini “konstruktiv və qarşılıqlı hörmətə əsaslanan” təmaslar kimi dəyərləndirib:

“Bu münasibətlər mehriban qonşuluq prinsiplərinə və Rusiya-Türkiyə əlaqələrinin ənənəvi dostluq təməl prinsiplərinə tam uyğundur. Biz Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq səviyyədə etibarlı və sınaqdan çıxmış tərəfdaş kimi görürük.”

Rusiya lideri iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf dinamikasından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, 2023-cü ildə ticarət dövriyyəsi 6,6 faiz, 2024-cü ilin ilk yarısında isə təxminən 3 faiz artıb.

Putin həmçinin vurğulayıb ki, Hökumətlərarası Komissiya fəal şəkildə işləyir və iyun ayında son iclası Moskvada keçirilib. O qeyd edib:

“Qarşılıqlı əsasda irimiqyaslı investisiya layihələri həyata keçirilir. Rusiya şirkətləri Türkiyə iqtisadiyyatında, xüsusilə metallurgiya və avtomobil sənayesi sahələrində böyük layihələr reallaşdırır. Türk şirkətləri isə Rusiyada maşınqayırma, ağac və metal emalı kimi sahələrdə geniş təmsil olunurlar.”

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri