Rubio: Tramp İranla müharibəni bərpa etmək barədə qərar qəbul etməyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası barədə qərar qəbul etməyib və Vaşinqton münaqişənin diplomatik yolla həllinə üstünlük verir.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Corciya ştatının Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Rubio ABŞ-nin İrana qarşı mümkün hərbi addımları barədə danışmaqdan imtina edib.
“ABŞ-nin hərbi vasitələrlə nə edə biləcəyini və ya etməyəcəyini şərh etmək niyyətində deyiləm. Zərurət yarandıqda hərbi tapşırıqları yerinə yetiririk. Prezident bu barədə qərar qəbul etməyib və mən bununla bağlı hər hansı açıqlama verə bilmərəm”, – o bildirib.
Dövlət katibi vurğulayıb ki, İranla bağlı danışıqlar və məsləhətləşmələr heç vaxt dayanmayıb. Onun sözlərinə görə, təmaslar bəzi hallarda birbaşa, əksər hallarda isə vasitəçilər üzərindən davam etdirilir.
Rubio Vaşinqtonun mümkün diplomatik razılaşmaya açıq olduğunu, lakin danışıqlar üçün konkret vaxt məhdudiyyəti müəyyənləşdirməyəcəyini qeyd edib.
“Əgər diplomatik həll yolu ortaya çıxarsa, biz buna açıq olacağıq. Lakin belə bir həll ABŞ-nin milli təhlükəsizliyini təhdid etməməli və əsas narahatlıqlarımızı nəzərə almalıdır”, – o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 31 Oktyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















