Putinə heyran, Zelenskiyə düşmən Trampın seçiminin səbəbi isə...
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya liderləri ilə bağlı əsl fikirləri bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri D.Trampa yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, Ağ Ev rəhbəri Rusiya ilə danışıqlardan istifadə edərək Ukrayna Prezidenti Volodimir Zelenskini aradan qaldırmaq istəyir:
“Səbəb isə Ukrayna liderinin Trampın impiçmentinə töhfə verməsi, habelə Kiyevin nadir torpaq metalları ilə bağlı saziş bağlamaq istəməməsidir. Paralel olaraq, Tramp Rusiya Prezidenti Vladimir Putinin gücünə və ölkəsinə tam nəzarət etmək bacarığına heyrandır”.
Nəşr qeyd edib ki, buna baxmayaraq, D.Trampın yaxın ətrafı ona Rusiya prezidentinə şübhə ilə yanaşmağı tövsiyə ediblər, lakin nəticəsi olmayıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















