Icma.az
close
up
RU
PUTİNƏ PEKİNDƏKİ PARADA QƏDƏR VAXT VERİLİB Çinin qoltuğuna sığınan Rusiyanı nə gözləyir?

PUTİNƏ PEKİNDƏKİ PARADA QƏDƏR VAXT VERİLİB Çinin qoltuğuna sığınan Rusiyanı nə gözləyir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Hazırda Rusiya öz tarixinin ən dramatik dövrlərindən birini yaşayır və onun indiki sərhədləri daxilində bir dövlət kimi mövcudluğunu uzun müddət sürdürəcəyi belə şübhə altındadır. Üç yüz illik imperya tarixi ərzində Rusiya bir çox mürəkkəb vəziyyətlərlə üzləşib və hətta tarixdən silinməyin bir addımlığına gəldiyi dönəmlər də olub. Lakin dünyada cərəyan edən proseslərin xarakteri Rusiyanı bir çox hallarda ölüm ilgəyindən xilas edib. Əgər belə demək mümükünsə, tale Rusiyanın üzünə az gülməyib.

Rusiya özünün zirvə dövrünü SSRİ zamanı yaşayıb və bundan sonra onun yenidən böyük imperiya olması qətiyyən mümkün deyil. Amma öz təxəyyülünün əsirinə çevrilmiş Vladimir Putin başda olmaqla Kremldəkı avantürüstlər deyəsən bunu anlamırlar və ölkələrinin imkan və potensalını qat-qat aşan işlə məşğuldurlar.

Tarixdən yaxşı məlumdur ki, İkinci Dünya Müharibəsindən qalib çıxan və ixtiyarında böyük və güclü ordu olan SSRİ-nin rəhbəri İosif Stalin belə müttəfiqlərlə razılaşmanı pozaraq Avropada əlavə ərazilər zəbt etməyə girişmədi. Çünki o, Qərb dünyası ilə silahlı qarşıdurmaya getməyin hansı acı nəticələr verəcəyini yaxşı başa düşürdü. Bu gün isə Rusiyaya hökm edənlərin tutduqları strateji xətt tam absurd məntiq üzərində qurulub. Vladimir Putin Rusiyanı yenidən qlobal oyunçuya çevirməyə can atır. O, düşünür ki, Ukraynasız nəhəng imperiya yaratmaq nonsensdir və buna görə də nəyin bahasına olursa olsun Ukraynanı işğal etmək qərarına gəlib.


Bəzilərinin Putinin ideyaverici beyin mərkəzi saydığı Aleksandr Duqinin fikrinə görə, Rusiya Avrasiyanın bütün xarakterini özündə cəmləşdirən unikal dövlətdir və onun bu məkanda lider mövqedə dayanmaqdan başqa çarəsi yoxdur. Yəni, belə anlaşılır ki, Rusiya güclü imperiyaya çevrilməlidir, əks təqdirdə onu məhv olmaq gözləyir. Deməli, belə çıxır ki, Rusiyanın gələcək taleyi qaranlıq və müəmmalıdır. O ya ətrafını işğal etmək yoluyla genişlənməli, ya da onun varlığına son qoyulmalıdır.

Bildiyimiz kimi, artıq işğal prosesinə Ukarynadan başlanılıb. Moskva düşünür ki, Ukaryna məğlub edildikdən sonra yerdə qalan keçmiş sovet respublikalarının öhdəsindən gəlmək asan olacaq.

Rusiya öz parametrlərinə görə çoxdandır ki, qlobal güc deyil və onun iqtisadi, hərbi, texnoloji, hətta insani resursları belə bu statusa yiyələnmək üçün xeyli zəifdir. Müəyyən mənada bunu Kremldə də anlayırlar və elə bu səbəbdən Çini özlərinə müttəfiq seçiblər ki, onun yedəyində gedə bilsinlər. Görünən odur ki, Rusiya gələcək dünya nizamında önəmli yer qazanmaq üçün Çinlə birgə hərəkət etmək niyyətindədir. Çinə xoş gəlmək üçün Putin Rusiyanın bütün təbii sərvətlərini çox ucuz qiymətə ona peşkəş edir.


Ancaq Çin Rusiyanı özünə tay və ya bərabər hüquqlu tərəfdaş saymır, sadəcə, Rusiyanın naəlac durumundan məharətlə istifadə edib onu bir əlalatı kimi özünə tam tabe etdirmək siyasəti yürüdür. Buna görə də bəlli bir vaxtadək onunla mehriban davranamq məcburiyyətindədir. Pekin səbrlə Rusiyanın Ukraynada apardığı müharbədə taqətdən düşməsini gözləyir və hətta Rusiyanın işi müşkülə düşəndə Şimali Koreyanı ona köməyə yollayır. Sözsüz ki, Si Cinpinin izni olmadan Şimalı Koreya Rusiyaya mərmi, raket və əsgər göndərməz...

Əlbəttə, Çinin öz iştahını reallaşdırması asan məsələ deyil, çünki dünya hegemonluğunu heç bir vəchlə əldən buraxmaq istəməyən ABŞ Rusiya kimi coğrafi nəhəngin Çinin ağuşuna atılmasına razı olmaz. Rusiya Avropa və Çinin arasında mühüm geostrateji mövqedə yerləşdiyindən ABŞ onu öz təsir orbitində görmək istəyir.

ABŞ Rusiya ilə əlaqədar Çinlə hansısa razılaşmaya gedə bilər, ancaq Rusiyanın bütövlüklə Pekinin tabeliyinə keçməsinə imkan verməyəcək. Trampın Rusiyaya qarşı ağır sanksiyalar ultimatumu və bununla bağlı Putinə düşünmək üçün əlli günlük möhlət verməsi buradan qaynaqlanır. Sözügedən 50 gün heç də təsadüfi seçilməyib, çünki həmin vaxtın yekununda Putin Pekində keçiriləcək hərbi paradda iştirak edəcək və Si Cinpinlə görüşəcək. Tramp öncədən xəbərdalıqla bildirir ki, əgər Rusiya Çinə arxayın olub müharibəni davam etdirməkdən vaz keçməzsə, onda senator Lindsi Gremin təklif etdiyi sanksya layihəsi işə salınacaq. Bu layihəyə əsasən Rusiyaya tətbiq ediləcək sanksiyanı pozan istənilən ölkəyə qarşı ağır tariflər tətbiq olunacaq. Şübhəsiz ki, nəzərdə tutulan bu sərt tədbir əsas etibarı ilə Çinə yönələcək.


Çinin kifayət qədər güdrətlənməsinə baxmayaraq, o, mənasız yerə ABŞ ilə müharibəyə girişməz. Onun planında münaqişə yox, qlobal miqyasda ticarətini daha da genişləndirmək və dünyanın hər yerinə investisiya yatırmaq dayanır. Amma Çində yaxşı başa düşürlər ki, ABŞ onun böyüməsini həzm etməyəcək və buna qarşı adekvat tədbirlər görəcək. Ona görə, Pekin rəhbərliyi Rusiyaya birbaşa hərbi yardım etməkdən çəkinir, çünki belə olan təqdirdə Qərb dünyasının ciddi itthamaları və hətta sanksiyaları ilə qarşılaşa bilər.

Çini ABŞ ilə ticarətindəki mənfi saldolu balansı bərk narahat edir və bu, onun ən “yaralı” yeridir. Tərəflər bir-birinə ticarət müharibəsində zərbələr vurarsa, ən çox itirən Çin olacaq. Üstəlik, Avropa da Çinlə ticarət savaşına başlayarsa, onda Pekin Rusiya naminə öz iqtisadiyyatını dağıtmış olar. Düzdür, istər ABŞ-nin və istərsə də Avropanın Çin mallarından asılılıq dərcəsi çox yüksəkdir, ancaq əgər ticarət müharibəsi olarsa, Çin sarsıdıcı məğlubiyyətə uğrayar.

Unutmayaq ki, bu müharibədə Yaponiya, Cənubi Koreya, İndoneziya, Filippin və digər ölkələr də Qərbin yanında dayanacaqlar. Hindistana gəldikdə isə Dehli çoxdandır ki, Çinin yerini tutmağı arzulayır və ona görə də bu xüsusda Rusiyanı dəstəkləməkdən geri çəkilcək.

Rusiya ABŞ, Avropa və Çinlə müqayisədə xeyli zəif olmasıyla yanaşı, həm də öz gələcəyini müstəqil şəkildə qura biləcək gücdə də deyil və onun yeni geostrateji mövqe bölgüsündə harada duracağını özü yox, başqa güclər müəyyənləşdirəcəklər. Rusiya imperiyası təşəkkül tapandan indiyədək əsas etibarilə Qərbə istiqamətlənmiş və bütün siyasi mübarizəsini həmin arenada aparmışdır. Rusiyanın şərqində onu uzun müddət ərzində ciddi şəkildə təhdid edəcək böyük dövlət olmayıb. Lakin artıq 1905-ci ildə Rusiya yenicə gücə çevrilməyə başlayan Yaponiya ilə girdiyi müharibədə məğlubiyyətə uğramışdı.


Sovet İttifaqı ilə Çin arasında 1969-cu ildə baş vermiş sərhəd münaqişəsi zamanı Çin bugünkü durumundan dəfələrlə zəif idi. İndi Rusiyanın yanında son qırx ildə durmadan qüvvə toplayan Çin Xalq Respublikası kimi böyük bir “əjdaha” dayanıb ki, bu da Rusiyanın şərq tərəfində meydana gəlmiş yeni bir reallıqdır. Rusiya özünü bu reallıq önündə boyun əyməyə məhkum kimi aparır..

Son dövrün hadisələri göstərir ki, Rusiya rəhbərliyi ölkənin yerləşdiyi coğrafi mövqenin əhəmiyyətini, yeni dünya nizamının şərtlərini və ən başlıcası isə tarixin diktəsini anlayacaq səviyyədən uzaqdır. Siyasi bəsirət qabiliyyətləri olmadıqları üçün onlar ilk baxışda gözə xoş gələn, lakin arxa planda qaranlıq məqamların dayandığı variantlara üstünlük verirlər. Kreml strateji planlarını çox bəsit hesablar üzərində qurduğundan özünü dolaşıq bir tələyə salıb. Qərbdən uzaqlaşıb başqa bir güc mərkəzi sayılan Çinin qoltuğuna sığınmaq isə strategiyası Rusiyanı tarixin arxivinə tullayacaq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see235

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri