Putinin adamı Trampın fotosunu o mahnı ilə paylaşdı VİDEO
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə Ukrayna və Avropa liderləri ilə görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Globalinfo.az xəbər verir ki, Rusiya Prezidentinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə təmsilçisi Kiril Dmitriyevin ABŞ prezidentinin Kreml rəhbərinə zəngi ilə bağlı paylaşımı diqqət çəkib.
Dmitriyev üzərində Putinlə telefon əlaqəsi saxlamasının qeyd olunduğu foto paylaşıb. Dmitriyev fotonu rus müğənni Tatyana Kurtukovanın bütün dünyada trendə çevrilən “Matuşka Zymla” (Ana torpaq) mahnısı ilə paylaşıb.
Sözügedən mahnı 2025-ci ildə ən çox dinlənilən və trend olan mahnılardan biridir. Kurtukovanın ifası ruslar üçün vətənpərvərliyinin tərbliğatına çevrildi və bütün tədbirlərdə, verilişlərdə, idman yarışlarının açılışında səsləndirilməsinə başlanıldı.
Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında Alyaskada baş tutan sammitdə Kiril Dmitriyev də iştirak edirdi.
https://cdn.globalinfo.az/2025/08/2025-08-19-09.58-@rt_russian.41.mp4
Əliyar Xəlil
Globalinfo.az

