Icma.az
close
up
RU
Putinin Azərbaycan haqda bu sözündən utandınızmı?

Putinin Azərbaycan haqda bu sözündən utandınızmı?

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Vladimir Putinin Düşənbədə Azərbaycanla bağlı “rusdilli ölkədir” sözləri niyə “diqqətdən yayındı”?

Qəribədir ki, ötən gün, Putinin bu sözlərindən sonra sosial şəbəkədə “Bakılılar günü” ilə bağlı saysız-hesabsız paylaşımlar da aktivləşdi - halbuki “Bakılılar günü” adlı “tarix” dünən, o paylaşımlar da bu ilin deyil. Sanki Putinin bu sözləri ilə o “tarix” xatırlanmış, internetdə axtarışlar verilmiş və buna görə də sosial şəbəkə o görüntüləri önə çıxarmışdı!

“Rusdilli Bakı”nın həsrətini çəkən və “erməniyə dayı deyənlər” sürüsünün necə həsrətlə, həm də rus dilinin “Bakı şivəsində” bu günün üzərindən manipulyasiya edərək, azərbaycanlıları aşağılama cəhdini müşahidə etmək ağırdır; ən ağırı isə aşağılananların aşağılayanlara əl çalmasını seyr etməkdir...

Ruscanın bütün SSRİ-də birmənalı dominant olduğu və Bakıda öz dilinə xor baxıb, ruscada xoşbəxt olanların aşağılayıcı ritorikasına, özlərini bizdən deyil, “rus ali irqindən” olduqlarını göstərənlərin sayına/dairəsinə baxmayaraq, bu ölkənin - yəni o vaxtkı respublikanın - siyasi elitası, ziyalıları, aydınları Azərbaycan dilinin bütün incəliklərini ən yüksək şəkildə qoruyub saxlayırdılar, hətta SSRİ-də Azərbaycan nadir respublika idi ki, öz dilinin dövlət dili olmasını konstitusiyaya salmışdı.

Orta Asiya türklərindən fərqli olaraq, Azərbaycanda ana dilinin təmizliyinin keşiyində duran böyük bir aydınlar təbəqəsi vardı - baxmayaraq ki, Bakıda “rus-erməni”lərin bəlli yerlərində rusca qurdalanmaqdan xoşlananlar bu xalqa üstdən-aşağı baxır, “ali irqə” qoşulub, “çuşka” olmadıqlarını əbləhcəsinə göstərməyə çalışırdılar.

80-ci illərin ikinci yarısından isə bu ölkədə canlı danışıqdan rus sözlərinin təmizlənməsi aksiyaya çevrildi, ziyalılar bunun önündə durdular və zibillənən danışıq dilini əhəmiyyətli dərəcədə təmizlədilər: valideynlər uşaqlarını rus məktəblərindən Azərbaycan məktəblərinə keçirdilər və s.

Amma indi, 40 ildən sonra yenidən 70-ci illərin “nostalji”si qalxıb deyəsən: bütün məhəllələrdə uşaqların bir-biri ilə rusca danışığı eşidilir; şəhərin mərkəzində rusca qulaq deşir!

Bu ölkənin müstəqilliyini elan etməsinin bir neçə gün sonra 34 ili tamam olur - yəni tamamilə yenilənməyə kifayət edəcək zamandır, ancaq canlı danışıqda rus sözləri azalmaq əvəzinə artır;

Bu ölkənin mediası 36 ildir azaddır - hələ də “zapravka” kimi sözləri başlığa çıxarıb tirajlamaqdan utanıb-xəcalət çəkən və bu əməlin dilə xəyanət olduğunu dərk edən yoxdur!

Gör hansı səviyyəyə gəlib çıxmışıq ki, “tiktoker” olduğunu nümayiş etdirən, kiminsə altına maşın alıb qoyduğu xanımcığaz yanacaq məntəqəsində sifariş verərkən, “doxsan piyat” doldurulmasını xahiş edir və bunu çəkib yaymaqdan zərrəcə utanmır!

Hansı şüur və düşüncə ilə öz ana dilində danışmaqdan utanıb, bilmədiyin dildə danışmağa can atmaq olar?

Bir insan təmsil olunduğu milləti, onun dilini necə sevməyə bilər axı? Bir insan necə ana dilinin yox, ruscanın xiffətini çəkə bilər axı? Bir insan necə cidd-cəhdlə bilmədiyi ruscada danışması ilə öyünməyə çalışa bilər?

Azərbaycan işğalı bitirən, öz ərazi bütövlüyünü bərpa edən, regionda söz sahibinə çevrilən şərəfli bir ölkədir - az qala bütün dünya Azərbaycandan öyrənməyə çalışır!

Bu ölkə kimsənin əlinə baxmır, dilənmir, sədəqə ilə yaşamır - əksinə, özü kimlərəsə yardımlar edir!

Bu ölkənin vətəndaşı olmaqla, bu ölkənin dilində danışmaqla niyə fəxr etmirsiniz ki!

Bu dövlətin fəxri ad-titullarını daşıyıb, səfasını görüb, niyə ruscanın xiffətini çəkməlisiniz?

İstanbulda bir geyim mağazasında bilmədiyin, qol-qanadı sındırılmış ruscada danışmağın adı nədir? Bu mənzərəni görəndə heyrətdən donub qalmışdım: adam rusca bilmir, amma rus dilində bildiyi bütün sözləri öz şikəst “ləhcəsiylə” bir-birinin dalına düzüb, Türkiyədə, təsəvvür edirsiniz, Türkiyədə və türk satıcı ilə “ünsiyyət qurmağa” çalışır. Və bu “xanımcığazın” rus dilində dediyi “cümlənin” sözləri heç bir məna ifadə etmir.

Halbuki anasının... dili ilə danışsa, türk satıcı hər sözü anlayar!

Məsələ onda deyil ki, bu ölkədə orta məktəblərin cəmi 8 faizi rusdillidir!

Məsələ onda da deyil ki, Bakıda rus dili “ünsiyyət vasitəsi kimi” sürətlə genişlənir!

Məsələ düşüncədədir, aşağılıq kompleksindədir, rus dilndə danışmaqla özünü daha “ali” göstərmək cəhdindədir!

Biriləri haqq etmədiyi bütün sosial imtiyazlara nail olub, “altını doldurandan” sonra indi də “başının dolu olduğunu” göstərməyə çalışır və rusca ilə: Və bu, yalnız təxmin etdiyiniz kateqoriyadan olanlara aid deyil, yeri səhv düşənlərin hamısına aiddir - Türkiyə kanalında “məşhur azərbaycanlı jurnalist və ekspert” kimi təqdim edilib, “İranla Suriyanın sərhədindən” danışan və İranla Suriyanın qonşu olmadığını bilməyən əbləhlər dəstəsinə qədər...

Ona görə Putin Azərbaycanı “rusdilli ölkə” adlandıra bilir!

Və ən maraqlısı da budur: Putinin bu sözü deməsindən bir sutka keçib, reaksiya yoxdur - sanki belə də olmalıdır!

Halbuki utanmaq lazım idi!

Azərbaycan dili 60-cı illərdə bu cür işğal olunmamışdı! O illərdə böyük bir yaradıcı nəsil bu dili bütün əzəməti ilə yaşadırdı!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri