Icma.az
close
up
RU
Putinin bu açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanır? TƏHLİL

Putinin bu açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanır? TƏHLİL

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsindən sonra dünyadakı qütbləşmə, ölkələrarası müttəfiqliklər daha da aydın fazaya keçməyə başladı, ittifaqlar açıq fəaliyyətə keçdilər. Neytral qalmağa çalışan ölkələrə isə müxtəlif təzyiqlər olunur, onlara qarşı qərəzli yanaşmalar nümayiş etdirilir. Bu baxımdan müttəfiqlər Ukraynadakı müharibəyə ədalət və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsindən yox, üzv olduğu təşkilatlar və götürdüyü öhdəliklər, ümumilikdə isə şəxsi maraqları çərçivəsində baxmağa başladılar. ABŞ, Avropa İttifaqı (Aİ) və onun üzv ölkələri müharibədə Ukraynaya sarsılmaz dəstəkdə birləşib və Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirir, ciddi sanksiyalar paketi hazırlayır, tam olmasa da müharibəni bitirməyəcək qədər Ukraynaya yardım edirlər.  Ancaq Rusiya ilə müttəfiq olan bəzi ölkələr var ki- Çin və Hindistan kimi, Ukraynaya qarşı genişmiqyaslı müharibəni dəstəkləməkdən çəkinsələr də, konkret mövqe sərgiləmirlər. 

Digər dövlətlər isə açıq şəkildə mövqe ortaya qoyur. Belə ki, 2023-cü il fevralın 23-də BMT-nin “Ukraynada müharibəyə son qoyulması və Rusiyanın ölkədən dərhal çıxarılmasını tələb edən” qətnamənin əleyhinə yalnız Rusiya, Belarus, devrilən Suriya hökuməti, yaramaz dövlət Şimali Koreya, Mali, Nikaraqua və Eritreya səs vermişdi.  Ona görə də dünyadakı proseslərin şəkilləndirilməsində beynəlxalq ictimaiyyətin yanaşması mövcud reallıqları dəyişmək iqtidarında deyil.  


Putinin “Geri dönüşü olmayan bir nöqtə” ifadəsi işlətməsi nəyə işarədir? 

Kollektiv Qərb Ukraynadakı müharibə ilə Rusiyanın iqtisadi, hərbi cəhətdən zəifləməsini istədiyi üçün savaşın uzanmasının tərəfdarıdır. Beləliklə, Rusiyanı zəiflətdikdən sonra Ukraynanı qalib olmasını istəyən tərəflər NATO-nun genişləndirilməsinə zəmin yaradacaqlar. Təbii ki, Rusiyanın da müttəfiqləri Moskvanın məğlubiyyətinin müxtəlif regionlarda onlara da təhdid yaradacağından ehtiyat etdiyi üçün yarı-gizli şəkildə fəaliyyətlərini həyata keçirirlər. Tərəflər isə geri addım atmaq niyyətində olmadığı üçün mütləq qalibiyyətə ümid edirlər. Amma Ukraynanın timsalında bunu demək ümumiyyətlə, çətindir. Bunun üçün Rusiyanın işğal etdiyi ərazilərdən çıxması lazımdır, bu da inandırıcı deyil. Rusiyanın tutduğu torpaqların verilməməsi müqabilində əldə olunacaq razılaşma isə kollektiv Qərbin və Ukraynanın məğlubiyyəti deməkdir. Əgər belə idisə, yüz minlərlə insanın qurban verilməsi, milyardlarla vəsaitin sərf olunmasının heç bir nəticə vermədiyi görünəcək və ABŞ-ın başçılıq etdiyi Alyansın genişlənməsinin qarşısını alacaq, blokada fikir ayrılıqları artacaq. 



Trampın müharibəni sülh yolu ilə bitirmə ehtimalı nə qədərdir?

Əslində bu gün davam edən müharibələrin təməli Donald Trampın dövründə qoyulub. Məsələn, Rusiya-Ukrayna müharibəsinin passiv mərhələsi- CIA-nin əməliyyatları, bölgədəki digər fəaliyyətlər, həmçinin NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinin sürətləndirilməsi də D.Tramp dövründə baş verib. 

Eyni zamanda, ABŞ Trampın dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıdı, işğal olunan və uzun illərdir mübahisəli sayılan Colan təpələrinin İsrailə verilməsi barədə qərar qəbul edib.  İstənilən halda, bütün prezidentlər ABŞ siyasi sisteminin qərarlarını yerinə yetirirlər. Ümumiyyətlə, böyük və uzunmüddətli savaşların planları razılaşdırılır, hazırlanır və icra edilir.


Elmir Səftərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri