Putinin çıxışından sonra rus qadının paylaşımı heyrətləndirdi VİDEO
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada yanacaq qıtlığı davam edərkən sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, iki qadın yanacaqdoldurma məntəqəsində 30 litr benzin ala bildikdən sonra sevincini kameraya çəkərək paylaşıb.
Görüntülər ölkədə yanacaq çatışmazlığının nə qədər ciddi həddə çatdığını göstərən nümunələrdən biri kimi qiymətləndirilir.
Bu arada Rusiya Prezidenti Vladimir Putin də ölkədə benzin qıtlığı və yanacaqdoldurma məntəqələrində yaranan növbələrin mövcudluğunu etiraf edib.
Onun sözlərinə görə, Rusiyanın ən iri neft emalı zavodları hazırda güclərinin son həddində işləyir və ölkə yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb.
Buna baxmayaraq, o, benzin ehtiyatlarının ötən ilin eyni dövrünə yaxın səviyyədə olduğunu bildirib.
Putin qeyd edib ki, həm sürücülər, həm də biznes üçün problemlər hələ də qalır.
Prezident vəziyyəti sabitləşdirmək üçün dizel yanacağının ixracına tam qadağa qoyulması variantının da nəzərdən keçirildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 29 İyun 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















