Icma.az
close
up
RU
Putinin dostu nə üçün ona güllələnməyə hazıram deyib?

Putinin dostu nə üçün ona güllələnməyə hazıram deyib?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“The New York Times” qəzeti öz mənbələrinə istinadən Rusiya Prezident Administrasiyasının (PA) başçısının sabiq müavini Dmitri Kozakla prezident Putin arasındakı münasibtlərin pozulmasına səbəbləri haqqında məqalə dərc edib.

AzPost bildirir ki, Kozaka yaxın üç nəfərin sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ikinci günündə Putin ona Ukraynadan təslim olmasını tələb etməyi tapşırıb. Qəzetin mənbələri iddia edir ki, Kozak əmri yerinə yetirməkdən imtina edib. O, Putinin işğalla nəyə nail olmaq istədiyini başa düşmədiyini bildirib.

NYT xəbər verir ki, söhbət kəskin notlara keçəndə Kozak Putinə əmri icra etməkdn imtina etdiyinə görə həbs olunmağa və ya güllələnməyə hazır olduğunu deyib.
Qəzetin mənbələri bildirir ki, bu mübahisə zamanı Putin səsgücləndiricini yandırıb və prezident administrasiyasının yüksək vəzifəli üzvləri onların söhbətini eşidiblər. NYT-nin mənbələrinə görə, Kozak bundan xəbərsiz olub.

Üç mənbəyə görə, işğalın ikinci günündə Kozak Vladimir Zelenskinin köməkçisi David Araxamiya ilə mümkün atəşkəs barədə danışıqlar aparıb və bu, Putini qəzəbləndirib.

25 fevral axşamı Kozak Putin üçün təhlükəsiz telefon xətti vasitəsilə brifinq keçirib. Putin Kozakı səlahiyyətlərini aşdığına görə tənqid edib və ona yalnız Ukraynanın təslim olması üçün danışıqlar aparmağı tapşırıb. Kozak Putinin danışıqlar mövqeyini qəfil dəyişdirdiyini hiss edib və Rusiyanın əsas məqsədlərini bilməyincə danışıqlar apara bilməyəcəyini bildirib.
Buna cavab olaraq Putin Kozaka onun təlimatlarına uyğun olaraq danışıqlar aparmağı tapşırıb. Mənbələrə görə, məhz bu söhbət zamanı Kozak imtina edib və həbs və ya edamla üzləşməyə hazır olduğunu bildirib.

Qəzetin mənbələrinə görə, Putinlə gərgin söhbətin sonunda Kozak nəhayət Putinin Ukraynaya təslim olmaq tələblərini çatdırmağa razı olub. O, Putinin iştirakı ilə Araxamiyaya zəng edib.

İddialara görə, ertəsi gün Baş Qərargah rəisinin birinci müavini Sergey Kiriyenko Kozaka Vladimir Medinskinin Ukrayna ilə danışıqlara rəhbərlik edəcəyini bildirib.

Daha əvvəl “Agentstvo” nəşri Kozakın istefasından əvvəl iki sənəd hazırladığını bildirmişdi: rəsmi istefa məktubu və Putinə ünvanlanmış şəxsi məktub. Məktubda keçmiş Baş Qərargah rəisinin müavini çox sərt ifadələrdən istifadə edərək Rusiyanın Ukraynaya hücumunu tənqid edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri