Icma.az
close
up
RU
Putinin dünyanın gözündən saldığı Rusiya özünün ən ağır günlərini yaşayır

Putinin dünyanın gözündən saldığı Rusiya özünün ən ağır günlərini yaşayır

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin ənənəvi media görüşündə bir çox məsələlərlə yanaşı qardaş Türkiyənin maraqlarına zidd fikir də səsləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, illərdir Türkiyədə qanlar axıdan terrorçu PKK-nı həvəsləndirəcək sözlər deyib. Düzdür, bunu “kürd xalqı” adı altında edib, amma hər kəs başa düşür ki, söhbət PKK adlı qanlı terror təşkilatını təşviq etməkdən gedir.

Vladimir Putin deyib ki, “kürdlər döyüşkən xalqdır. Birinci dünya müharibəsinin şərtlərinə əsasən 30 milyonluq kürd xalqının öz dövləti olmalı idi. Türkiyənin Suriyada təhlükəsizlik narahatlıqları var, bunlar anlaşılandır. Lakin eyni zamanda kürd xalqı da öz müqəddəratını təyin etmək hüququna malikdir”.

Göründüyü kimi, Rusiya prezidenti faktiki olaraq hər şeydən öncə qardaş Türkiyədə bölücülüyü təşviq edəcək bir açıqlama verib. Bu isə o cümlədən də azərbaycanlıları biganə qoya bilməz.

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Bakıvaxtı.az-a deyib ki, Rusiyanın şüşəli evdə oturub başqasının evinə daş atdığı qənaətindədir:

“Vladimir Putinin dünyanın gözündən saldığı Rusiya özünün ən ağır günlərini yaşayır. Belə bir vaxtda bu ölkənin prezidenti başqalarının bostanına daş atmaq yerinə öz dövlətini düşünsə daha uyğun olmazmı? Axı şüşəli evdə oturub başqasının evinə daş atmaq ağılsızlıqdır. Məgər Vladimir Putin bilmirmi ki, yüz illərdir Rusiyanın işğalı altında yaşayan xalqların da öz müqəddəratını təyin etmək hüququ var? Əgər Rusiya prezidenti belə bir hüquqdan danışırsa, məncə hər şeydən öncə öz ölkəsindən başlasın. Rusiya Tatarıstan, Başqırdıstan, Yakutiya, Çuvaşiya, Altay, Xakasiya, Dağıstan, Çeçenistan və daha neçə-neçə bölgəni işğal altında tutur, o xalqların mədəniyyətini, milli kimliyini məhv edir. Bəlkə Vladimir Putin bu xalqlara azadlıq verməklə başqaları üçün örnək olmağı sınasın?”

Azər Həsrət: Rusiyanın işğalı altında yaşayan xalqların da öz müqəddəratını təyin etmək hüququ var

Azər Həsrət onu da xatırladıb ki, qardaş Türkiyə ən çətin anlarında belə Rusiyaya arxa çevirmir, onun maraqlarına zərər vurmur:

“Bütün dünya Ukraynaya təcavüz edən Rusiyanın üzərinə gəlir. Amma Türkiyə hətta NATO üzvü olsa belə, Rusiya ilə münasibətlərə hörmətlə yanaşır, iş birliyini davam etdirir. Rusiya bunu yetərincə dəyərləndirməlidir. Hələ üstəlik Türkiyə ilə bütün anlamlarda iç-içə olan Azərbaycan da Rusiyaya yetərincə loyal və hörmətlə yanaşır. İndi necə olur ki, Vladimir Putin bunu nəzərə almadan qardaş Türkiyənin maraqlarına zidd açıqlama verir? Bunun adını nə qoyaq? Etibarsızlıqdan başqa bir şey deyil bu. Ona görə də biz həmişə bu fikirdə olmuşuq ki, Rusiyaya güvənmək olmaz. Təəssüf ki, sözümüzdə haqlı çıxırıq. Bu da növbəti dəfə öz təsdiqini tapır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri