Icma.az
close
up
RU
Putinin əsəbi müraciəti nədən xəbər verir? (ŞƏRH)

Putinin əsəbi müraciəti nədən xəbər verir? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Bu açıqlama Putinin Ukraynanı birdəfəlik itirdiyinin göstəricisi olmaqla yanaşı, danışıqlara olan ümidləri də puça çıxardı".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsilə bağlı rus xalqına müraciətini şərh edərkən deyib.

"Son aylarda ikinci dəfə idi ki, Rusiya prezidenti bu cür əsəbi və narahat görünürdü. Bunun səbəbi də Putinin avantürasının nəticəsi olaraq Rusiyanın böyük çətinliklərlə üz-üzə qalmasıdır. Putin xalqa müraciətində iki məqsəd güdüb. Bir məqsədi guya Rusiyaya qarşı NATO-nun döyüşdüyünü xalqa bildirmək idi. İkincisi, Putin "Oreşnik" raketlərilə bağlı dünyaya blef xarakterli müraciət ünvanladı. 8 dəqiqəlik müraciətində Putin bir dəfə də olsun nüvə silahına əl atacağını bəyan etmədi", deyə Üzeyir Cəfərov bildirib.


Ekspert düşünür ki, mövcud vəziyyətdə Qərb Ukraynaya güclü yardım edəcək:

"Dünya dərhal onun cavabını verdi. Böyük Britaniya dərhal bəyan etdi ki, Rusiyanın hədə-qorxularından çəkinmir. Təsir əks təsirə bərabərdir. Ağ Ev də bəyan etdi ki, eskalasiyanın dərinləşməsində bütün məsuliyyət Kremlin üzərindədir".

Üzeyir Cəfərov qeyd edib ki, dünənki addımı ilə Moskva Ukraynanı birdəfəlik itirdi. Habelə danışıqların başlanacağına olan ümidlər də daha da uzağa atıldı:

"Qardaş dediyi Ukraynanın üzərinə Şimali Koreyadan əsgər gətirmək, "Oreşnik" tipli orta mənzilli raketlə zərbə endirmək münasibətlərin artıq tamamilə sıfırlandığı anlamına gəlir. Yaxın perspektivdə iki dövlət arasında hansısa bir danışıqdan söhbət gedə bilməz. Tərəflər arasında eskalasiya yeni mərhələyə keçir. Bəlkə də yaxın günlərdə bir-birinə daha ağır zərbələr endirmələrinin şahidi olacağıq".

Həmsöhbətimiz "Oreşnik" raketlərinin bəzi xüsusiyyətlərini də açıqlayıb:

"Bu raketlər sovet dönəmindəki "RSD10 Pioner" raketləri əsasında yaradılıb. Fırlananda bir saniyədə 334 metr məsafə qət edir. Ona görə də onu zərərsizləşdirmək çətindir. Amma bütün hallarda mümkündür. "Oreşnik" parçalanarkən 3-6 hissəyə bölünür və bu hissələr böyük ərazini əhatə edir. Bu raketlərdən 1000-5500 km məsafəyə qədər istifadə etmək olar. Onun səhv etmə əmsalı isə 50 metrdir. Bu isə belə böyük dağıdıcı raketlər üçün normaldır. Onu atarkən göydən elə bir ki, üzüm gilələri tökülür".

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib. Bu müraciətində o, uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olmadan Rusiya ərazisinə zərbələr endirməyin mümkün olmadığını bildirib. O qeyd edib ki, Rusiya özünü silahlarından Rusiya hədəflərinə qarşı istifadə etməyə icazə verən ölkələrin hədəflərinə qarşı silah istifadə etmək hüququna malik hesab edir. 

Putin bildirib ki, hazırda Rusiyanın "Oreşnik" raketlərinə qarşı mübarizə aparacaq heç bir vasitə yoxdur. Onun sözlərinə görə, mövcud raketdən müdafiə sistemləri, o cümlədən Avropadakı Amerika elementləri "Oreşnik" kimi raketləri ələ keçirə bilməyəcək. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri