Putinin ətrafında müharibəyə qarşı çıxan yeganə şəxs “Kozak onu müharibəni dayandırmağa çağırıb”
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vladimir Putinin ən yaxın adamlarından olan Rusiya Prezidentinin Aparat rəhbərinin müavini Dmitri Kozak bir müddət əvvəl Kreml rəhbərinə Ukraynada müharibəni dayandırmağı və sülh danışıqlarına başlamağı təklif edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” Kremlə yaxın mənbələrə istinadla məlumat yayıb.
"Bu yaxınlarda Kozak həmkarlarına deyib ki, o, Putinə döyüşlərin dayandırılması və sülh danışıqlarının aparılması təklifini təqdim edib. Kozak həmçinin Putini daxili islahatlar aparmağa, o cümlədən Rusiyanın güclü təhlükəsizlik orqanlarını hökumətin nəzarəti altına salmağa və müstəqil məhkəmə sistemi yaratmağa çağırıb", - nəşr qeyd edib.
Qəzet bununla belə bildirir ki, Kozak Putini məyus edib, çünki o, “Ukraynaya müdaxiləni səhv hesab etdiyini açıq şəkildə bəyan edib”. Nəticədə və onun bir çox səlahiyyətləri indi Kreml administrasiyası rəhbərinin digər müavini Sergey Kiriyenko tərəfindən ələ keçirilib.
Kremlə yaxın mənbələrin fikrincə, Kozak Putinin yaxın çevrəsində bunu açıq şəkilıdə səsləndirməsə də, müharibə əleyhinə çıxış edən yeganə yüksək vəzifəli məmurdur: "Kozakın təkidi çətin ki, ətrafında onun Ukrayna ilə bağlı sərt tələblərini dəstəkləyən insanlarla əhatə olunmuş Putini təsirləndirsin. Lakin bu, Moskva elitasının bir hissəsini Putinin müharibədə güzəştə getmək istəməməsi və təhlükəsizlik xidmətlərinin getdikcə güclənməsi ilə bağlı məyusluğunu əks etdirir".
“The New York Times” qeyd edir ki, nüfuzunu itirməsinə baxmayaraq, Kozak Putinlə əlaqəsini saxlayıb. Mənbələrə görə, Putinin Kozakı yanında saxlaması onun Rusiya başçısına sadiqliyini əks etdirir.
Xatırladaq ki, 2022-ci ildə “Reuters” yazmışdı ki, Kozak Vladimir Putinə Ukrayna ilə NATO-ya üzv olmaqdan imtina etmək barədə ilkin razılığa gəldiyini deyib, lakin Rusiya Prezidenti onun sözlərini rədd edib və genişmiqyaslı işğala başlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 11 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















