Icma.az
close
up
RU
Putinin keçmiş dostuna 14 il həbs cəzası Sergey Puqaçov bankı çökdürməkdə ittiham olunur

Putinin keçmiş dostuna 14 il həbs cəzası Sergey Puqaçov bankı çökdürməkdə ittiham olunur

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Çərşənbə axşamı Moskvanın Tverskoy Rayon Məhkəməsi müflis olmuş "Mejprombank"ın keçmiş benefisiarı Sergey Puqaçovu külli miqdarda oğurluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə, həmçinin onu 800 min rubl məbləğində cərimələyib və əmlakına həbs qoyub. İttiham tərəfi Puqaçov üçün 14,5 il həbs tələb etmişdi.

1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslərdən biri kimi tanınan Puqaçov, 2011-ci ildən sonra Rusiyanı tərk edib. Ona qarşı ilk qiyabi ittiham 2013-cü ilin sonunda irəli sürülüb. İstintaq orqanlarının fikrincə, Puqaçov 2010-cu ildə müflis olan bankı qəsdən iflasa uğradıb və vəsaitləri mənimsəyib. Onun tabeliyində olan bir neçə şəxs daha əvvəl bu iş üzrə məhkum olunub.

Rusiya Baş Prokurorluğunun məlumatına görə, Fransanın hüquq-mühafizə orqanları Puqaçovun ekstradisiyasından imtina edib. Son illərdə Puqaçov bir sıra müsahibələrində Vladimir Putini tənqid edib və onun 1990-cı illərin ortalarından yaxın ətrafında olduğunu bildirib. O, həmçinin iddia edir ki, Boris Yeltsinin varisi kimi Putinin namizədliyini irəli sürən məhz özü olub.

Puqaçov, eyni zamanda, Putinin ailə üzvləri ilə dostluq əlaqələrini vurğulayıb. O, internetdə prezidentin qızları Katerina Tixonova və Mariya Vorontsovanın yeniyetməlik dövrünə aid fotoşəkillərini paylaşaraq bu münasibətləri sübut etməyə çalışıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri