Putinin məqsədi sülh deyil Keçmiş səfir
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin danışıqlarda maraqlı olsa da, onun əsas məqsədi müharibəni bitirmək deyil.Danışıqlar Kremlə ABŞ Prezidenti Donald Trampın Rusiyaya təzyiq göstərməsinin qarşısını almağa və Ukraynaya dəstəyi zəiflətməyə imkan verir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Atlantic Council üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Kremlin əsas məqsədi dəyişməyib. Moskva Ukrayna üzərində siyasi nəzarət qurmağa çalışır.
Herbst xatırladıb ki, 2025-ci ilin yazından etibarən Donald Tramp hərbi əməliyyatların dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı azı altı təklif irəli sürüb. Ukrayna Prezidenti Volodimir Zelenski bu təkliflərin hər biri ilə razılaşıb, Vladimir Putin isə hamısını rədd edib.
Keçmiş səfirin fikrincə, bu müddət ərzində Moskva Vaşinqtondan bir sıra güzəştlər əldə etsə də, qarşılığında heç bir addım atmayıb. Həmin güzəştlər arasında Rusiya dizel yanacağının ABŞ-yə tədarükünün bərpası, sanksiya məhdudiyyətlərinin yumşaldılması və Ukraynaya peyk sistemləri vasitəsilə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması da var.
Herbst Rusiyanın Əbu-Dabidə danışıqlara razılıq verməsini də Kremlın kompromisə hazır olmasının göstəricisi deyil, Trampa ünvanlanmış siyasi jest kimi qiymətləndirib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvanın mövqeyini dəyişmək niyyətində olmadığını açıq şəkildə bildirdiyini vurğulayıb. Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbər təyin edilməsinin də ciddi güzəştlər gözləməyə əsas vermədiyini qeyd edib.
“Əbu-Dabidə real irəliləyişə işarə edən heç nə yoxdur. Müharibə bitməyəcək. Hətta daha da şiddətlənə bilər”, – deyə Herbst bildirib.
Onun proqnozuna görə, danışıqların yekununda tərəflər yalnız növbəti görüşün keçirilməsi barədə razılığa gələ bilərlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Noyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















