Putinin nümayəndəsi İlon Maskla kosmik əməkdaşlığı müzakirə edəcək
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev yaxın vaxtlarda İlon Maskla kosmos sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparacağını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Moskvada jurnalistlərə açıqlamasında məlumat verib.
Rusiyanın Ukraynadan qat-qat çox nadir torpaq elementlərinə sahib olduğuna diqqət çəkən Dmitriyev söyləyib: "Bu mövzuda ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Bəzi nadir torpaq elementləri ehtiyatlarını araşdırırıq və olduqca ümidvericidir".
Dmitriyev bu ehtiyatların işlənilməsi üçün müəyyən texnologiyaların tələb olunduğunu və bu məsələdə ABŞ-la əməkdaşlığa açıq olduqlarını bildirib.
ABŞ ilə kosmos sahəsində də əməkdaşlıq edə biləcəklərini ifadə edən Dmitriyev bildirib ki, yaxın vaxtlarda bu mövzuda Musk ilə görüşməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Mart 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















