Icma.az
close
up
RU
Tramp İlon Mask əməkdaşlığı Amerikanın gələcəyinə necə təsir edəcək?

Tramp İlon Mask əməkdaşlığı Amerikanın gələcəyinə necə təsir edəcək?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın tapşırığına müvafiq olaraq Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) dövlət orqanlarında çalışan işçilərin ixtisarına başlayıb.

İlon Maskın rəhbərlik etdiyi bu qurum dövlət orqanlarında çalışan işçilərə məktubla müraciət edərək onlara bir neçə sual verir və bunları cavablandırmasını istəyir. Suallara düzgün cavab verməyən şəxslər isə işdən azad edilir. Qısa müddətdə başlanan bu proses artıq xeyli sayda insanın işi itirməsinə səbəb olub. Bu isə Amerika cəmiyyətində etirazla qarşılanıb.

Tramp-İlon Mask əməkdaşlığı Amerikanın gələcəyinə necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İlon Mask Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri olaraq, dövlət qurumlarına nəzarətə cavabdehdir:

"Uzun illərdir ki, ABŞ-də bürokratik əngəllərlə zəngin olan bir blokada var və nə işlə məşğul olduğu bəlli deyil. Bir çox hallarda həmin blokadaya daxil olan qüvvələr solçu, liberal və ultra solçulardır. Onlar Tramp və İlon Maskın sol faşizmi kimi dəyərləndirəcəyi şəxslərdir. Amerikada sosial sığorta ilə bağlı aparılan araşdırma nəticəsində bəlli oldu ki, milyonlarla vəsait səmərəsiz şəkildə xərclənib. Hətta İlon Maskın açıqlamasına görə, ABŞ Səhiyyə Nazirliyinin dövlətə qarşı olan dələduzluğu fərdi şəxslərin törətdiyi dələduzluqdan daha yüksəkdir. Digər qurumlar da bu kontekst üzrə açıqlama yayıblar".

Turab Rzayev, politoloq

Politoloqun sözlərinə görə, yalnız Federal Ehtiyat Sistemi (FED) yoxlanışdan kənar saxlanıldı. Halbuki FED-də trilyon dollarlıq dələduzluq faktlarının ola biləcəyi ilə bağlı ehtimallar var.

"Əslində ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Mask FED-i yoxlaya biləcəklərini açıqlamışdı. Bundan başqa, bəzi qurumlara Maskın suallarına cavab verməməsi tapşırılıb. Bu halda işçilər çıxılmaz vəziyyətdə qalırlar. Bir tərəfdə rəhbərliyin göstərişi varsa, digər tərəfdən də Maskın maliyyələşdirməni dayandırması riski var. Ona görə də bəzi qurumların işçiləri rəhbərliyi dinləmədən cavabları göndərirlər. Nəticədə xaos yaranır", - deyə müsahibimiz qeyd edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Mart 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri