Icma.az
close
up
RU
Dmitriyev bəşəriyyətin gələcəyini Maskla müzakirə edəcək

Dmitriyev bəşəriyyətin gələcəyini Maskla müzakirə edəcək

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) baş direktoru kimi Kirill Dmitriyev martın 18-də verdiyi açıqlamasında deyib ki, tanınmış iş adamı, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskla yaxın gələcəkdə danışıqlar apara bilərlər.
Reyting.az
-ın məlumatına görə, K. Dmitriyev qeyd edib ki, bu görüş texnoloji inkişafın və bəşəriyyətin gələcəyinin əsas məsələlərinin müzakirəsi üçün çox vacib və əhəmiyyətli platformaya çevriləcək.
K. Dmitriyev daha sonra əlavə edib:
"Düşünürəm ki, İlon Maskla müzakirələr çox yaxın gələcəkdə baş tutacaq. Bunun məqsədi odur ki, diqqətli olmalıyıq və biz yaradıcılıqla irəliləməliyik. Əlbəttə ki, biz bunu görürük, yüksək qiymətləndiririk və o, şübhəsiz ki, dövrümüzün ən böyük liderlərindən biridir".
K. Dmitriyev 18 fevralda Ər-Riyadda ABŞ-la danışıqlarda iştirak edən Rusiya nümayəndələrindən biridir. O, investisiya və iqtisadi bloka cavabdeh idi. Bununla bağlı "Bloomberg" mənbələri bildiriblər ki, məhz Dmitriyevin təkidi nəticəsində o, Rusiya prezidenti Vladimir Putini ABŞ prezidenti Donald Trampla aparılan bu danışıqların qarşılıqlı biznes maraqlarına söykəndiyinə inandıra bilib.
Onu da qeyd edək ki, ABŞ-la aparılan danışıqlardan az sonra K. Dmitriyev Rusiya Federasiyası Prezidentinin təyinatı ilə xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə V. Putinin xüsusi nümayəndəsi vəzifəsini tutub.
Mart ayının 15-də Dmitriyev öz "X" sosial şəbəkəsi vasitəsilə milyarder, ABŞ məmuru İ. Maska 2029-cu ildə nəzərdə tutulan plana əsasən Rusiya-ABŞ birgə missiyasını Marsa göndərməyi təklif edib. "Bizim ağlımız, eləcə də texnologiyamız bəşəriyyətin məhvinə deyil, onun normal rifahına, həmçinin insanlıq naminə bir gələcəyə xidmət etməlidir", - deyə K. Dmitriyev bildirib.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Mart 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri