Icma.az
close
up
RU
Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı Azərbaycanlılar da bilir

Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı Azərbaycanlılar da bilir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son dövrlər Rusiya hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin verdiyi bəzi açıqlamalar beynəlxalq ictimaiyyətin diqqətini çəkir. Xüsusilə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun yaxın günlərdə səsləndirdiyi fikirlər cəmiyyətin, həmçinin analitik çevrələrin marağına səbəb olub. Matvienko bildirib ki, Rusiyanın əsas “strateji hədəfi” məşhur “Labubu” oyuncağının yerli – rus analoqunun yaradılması olmalıdır.

Bu cür bəyanatın ölkənin Ukraynaya qarşı apardığı müharibə fonunda – on minlərlə insanın həlak olduğu, şəhər və kəndlərin dağıdıldığı, ciddi sosial və iqtisadi problemlərin yaşandığı bir şəraitdə verilməsi, ziddiyyətli qəbul edilir. Nəzərə almaq lazımdır ki, Matvienko Rusiya Prezidenti Vladimir Putinə ən yaxın siyasi fiqurlardan biri, hətta “sağ əli” hesab olunur.

Bəs bu çıxışın və ümumilikdə son zamanlar Kremldə müşahidə olunan ritorikanın arxasında hansı məntiq və strategiya dayanır? Müharibə ilə dərinləşən böhran şəraitində Moskva hansı taktikanı seçib? Matvienkonun “Labubu” açıqlaması nəyə hesablanıb?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya-Ukrayna qarşıdurması həm yeni dünya müharibəsini, həm də “soyuq savaş” elementlərini özündə ehtiva edir:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən günlərdə deyirdi ki, Moskva tarixdə ilk dəfədir bütün Qərbə qarşı təkbaşına mübarizə aparır. Bu, sadəcə hərbi deyil, həm də mədəni qarşıdurmadır. Necə ki, “soyuq savaş” həm də mədəniyyətlərin toqquşması, mədəni-ideoloji konteksdə iki qütbün bir-biri ilə qarşıdurması idi, biz hazırda Qərb və Rusiya arasında müəyyən dərəcədə bənzər məqamları müşahidə edirik.

Məsələn, Avropa İttifaqının (Aİ) Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı qəbul etdiyi 18 sanksiya paketi mədəni sahələri də əhatə edir. Bu sanksiyalar çərçivəsində Qərbdə Rusiya dövlət mediası və xəbər platformaları, həmçinin mədəni tədbirlər qadağan olunub, bir sıra mədəni qurumlara və şəxslərə məhdudiyyətlər tətbiq olunub. Avropa orkestrlərinin mədəni tədbirlərindən Çaykovskinin əsərləri çıxarılıb, Tolstoy və Dostoyevskinin əsərləri belə bu qadağalardan yan keçə bilməyib (onların adı sanksiyalardakı qadağan olunmuşlar siyahısında olmasa da).


Şəhla Cəlilzadə

Bununla yanaşı, 1950–90-cı illərdə Sovet multiplikasiyasında yer alan personajlar və əhvalatların Qərb kinematoqrafiyasında təkrar və yeni formatda əks olunması qeyd edilə bilər. Məsələn, “Qar kraliçası” multfilmi 1957-ci ildə ilk dəfə SSRİ-də çəkilsə də, 1995-ci ildə Andersenin nağılı əsasında, tamamilə eyni süjet xətti ilə, lakin yenidən çəkilib və Qərb cizgi filmi kimi təqdim olunub. Bənzər şəkildə “Bremen musiqçiləri”, “Uşaq və Karlson” və s. sovet  cizgi filmlərini qeyd etmək olar”.

Siyasi şərhçinin sözlərinə görə, hazırda uşaqlıq dövrü yaddaşlarımıza həkk olunan cizgi film personajı  “Çeburaşka” Qərbdə “Labubu” formatında dəyişdirilərək yenidən qlobal marketinqlə “mədəni” istehlakçılara təqdim olunur və bu, Rusiyada ciddi müzakirə mövzusuna çevrilib:

“Sosial şəbəkələrdə məsələyə dair çoxsaylı paylaşımlar edilir. Matvienkonun Labubu personajı ilə bağlı açıqlaması da məhz bu konteksdə dəyərləndirilə bilər.


“Labubu” oyuncaqları

Sadəcə soyuq müharibə ilə müqayisədə hazırkı mədəni qarşıdurmanın bir amili çatışmır – ideologiya yoxluğu. Soyuq müharibə dövrü kommunist ideologiyası ilə kapitalist dünyası, “dostluq-qardaşlıq cəmiyyəti”, “sosializm realizmi” ilə “azad cəmiyyət”, “demokratiya” ideyaları bir-birinə qarşı qoyulurdu. Hazırkı savaşlar isə sadəcə olaraq dağıdıcıdır. Bu savaşlarda qurucu amil – ideoloji yaradıcılıq – demək olar ki, yoxdur”.

Qeyd edək ki, “Çeburaşka” digər SSRİ ölkələri ilə yanaşı Azəbaycanda da kifayət qədər tanınan cizgi filmdir.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri