Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Putinin Paşinyana sərt xəbərdarlığı: Ermənistan yol ayrıcında

Putinin Paşinyana sərt xəbərdarlığı: Ermənistan yol ayrıcında

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son telefon danışığı adi diplomatik təmas deyildi. Bu, Kremlin İrəvana ünvanladığı növbəti və bəlkə də ən sərt xəbərdarlıq mesajı idi. Danışığın mərkəzində nə iqtisadi əməkdaşlıq, nə də ikitərəfli münasibətlər dayanırdı. Əsas müzakirə mövzusu Ermənistanın xarici siyasət kursu və Moskvanın buna qarşı sərt reaksiyası idi.

Kreml artıq gizlətmir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdlərini öz geosiyasi maraqlarına birbaşa təhdid hesab edir. Məhz buna görə də Putin Paşinyana Avrasiya İqtisadi Birliyi ilə bağlı referendumun tez bir zamanda keçirilməsinin vacibliyini xatırladıb. Bu, sadəcə tövsiyə deyildi. Bu, ciddi siyasi xəbərdarlıq idi.

Moskvanın mesajı aydındır: "Ya bizimlə qalacaqsan, ya da bunun ağır siyasi və iqtisadi nəticələrinə, bədəlinə hazır olacaqsan. Daha doğrusu, ya bizimləsən, ya da bizimləsən… Bizim olacaqsan”.

Təsadüfi deyil ki, Kremlin açıqlamasında Avrasiya İqtisadi Birliyi xüsusi vurğulanıb, Ermənistanın yaydığı məlumatda isə əsas diqqət Rusiya bazarına çıxışı məhdudlaşdırılan erməni məhsullarına yönəlib. Bu fakt göstərir ki, Kreml artıq diplomatik təzyiq ritorikasını iqtisadi təzyiqlə tamamlayır. Ermənistan məhsullarının Rusiya bazarında qarşılaşdığı maneələr siyasi təzyiq mexanizminə çevrilib. Bu isə yalnız başlanğıcdır.

İrəvan iki stul arasında qalıb

Ermənistan illər boyu Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi-siyasi forpostu olub. Bu gün isə eyni ölkə Qərbin regiondakı geosiyasi layihələrinin ön xəttinə çevrilməyə çalışır. Amma burada əsas sual yaranır: dəyişən doğrudanmı Ermənistanın siyasətidir, yoxsa sadəcə himayədarı? Əslində mahiyyət dəyişmir. Dünən Kremlin forpostu olan İrəvan bu gün Brüsselin və digər xarici güclərin geosiyasi alətinə çevrilmək riski ilə üz-üzədir. Bu isə müstəqil dövlət strategiyası deyil, daim hansısa güc mərkəzinin orbitində hərəkət etmək vərdişidir.
Ermənistanın faciəsi də məhz bundadır.

Ölkə öz milli maraqları əsasında siyasət qurmaq əvəzinə, böyük güclər arasında seçim etməyə çalışır. Nəticədə isə heç bir tərəf ona tam etibar etmir. Rusiya artıq onu etibarlı müttəfiq hesab etmir. Qərb isə onu nə tam təhlükəsizlik çətiri altına nə gücü çatır, nə də bu istiqamətdə ciddi addımlar atır. Qərbin özünün ermənistan məsələsində vahid yanaşması yoxdur. Avopa ölkələri, xüsusən də Fransanın, Britaniyanın, Almaniyanın və ABŞ-nin yanaşmalaırnda fərqlilik lər var. Bu da ciddi problemlər yaradır. Beləliklə, Ermənistan nə Moskvanın tam yanında qala bilir, nə də Qərbin tam dəstəyini əldə edir. İrəvan sözün həqiqi mənasında iki stul arasında qalıb.
Görək Putinin İrəvana bu sərt xəbərdarlığına ABŞ və Avropa necə reaksiya verəcək? Susqunluq nümayiş etdirəcək, yoxsa… Yaxın zamanda bir çox məsələlər aydınlaşacaq.
Ona görə də yanlış siyasətin bədəli ağır olur. Bu gün Ermənistanın üzləşdiyi problemlər təsadüfi deyil. Rusiya bazarında məhdudiyyətlər... Avrasiya İqtisadi Birliyi daxilində artan təzyiqlər... Siyasi etimad böhranı... Bütün bunlar illərlə aparılan ziddiyyətli xarici siyasətin nəticəsidir.

Moskva yaxşı anlayır ki, Ermənistanın geosiyasi orbitdən çıxması Cənubi Qafqazda Rusiyanın mövqelərinə ciddi zərbə vuracaq. Buna görə də Kreml bu prosesi mümkün qədər ləngitməyə çalışır.

Bölgə yenidən böyük güclərin rəqabət meydanına sürüklənir
Ən təhlükəli məqam isə odur ki, Ermənistanın bu siyasəti təkcə özünü deyil, bütün regionu risk altına salır. İrəvan böyük güclər arasında geosiyasi balans yaratmağa çalışdıqca, Cənubi Qafqaz yenidən qarşıdurma məkanına çevrilir. Halbuki regionun ehtiyacı yeni bloklara deyil, yeni əməkdaşlıq platformalarına malik olmaqdır.

Putin-Paşinyan telefon danışığı isə göstərdi ki, Moskva ilə İrəvan arasında münasibətlər artıq taktiki fikir ayrılıqları mərhələsini çoxdan keçib. Bu gün söhbət Ermənistanın gələcək geosiyasi kimliyindən gedir. Kremlin mesajı sərtdir və aydındır. Paşinyanın manevr imkanları isə getdikcə daralır. Əgər Ermənistan yenə də böyük güclərin geosiyasi oyununda alət rolunu seçərsə, bunun bədəlini ilk növbədə özü ödəyəcək. Çünki XXI əsrdə regionların gələcəyini forpostlar deyil, əməkdaşlıq platformaları müəyyən edir. Cənubi Qafqazın sabitliyi də məhz bu seçimdən asılı olacaq.

Mürtəza Bünyadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri