Putinin sözçüsündən Tramp və Zelenskiyə tərs sillə: İlhaq olunan Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanındır, bu, dəyişməzdir
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"ABŞ-dan Ukrayna ilə bağlı rəsmi məlumat aldıqdan sonra mövqeyimizi açıqlayacağıq"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Moskvada jurrnalistlərlə ənənəvi görüşündə Putinin sözçüsü Dmitri Peskov deyib.
O, ABŞ-ın Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə danışıqlara dair məlumatları artıq Moskvaya göndərdiyini gizlətməyib: "Mövqeyimizi mətbuat vasitəsi ilə deyil, ikitərəfli təmaslarda məlumat aldıqdan sonra müəyyən edəcəyik. Artıq Prezidentin xarici siyasət üzrə müşaviri Yuri Uşakovla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals arasında telefon danışığı aparılıb. ABŞ Ciddədə Ukrayna ilə apardığı danışıqlara dair məlumatları bizə ötürməyə başlayıb. Üstəlik, amerikalı müzakirəçilər bu gün Moskvaya gəlir. Məlumat ötürülməsi davam edir. bütün bunlar müzakirə edildikdən sonra qərar veriləcək".
Ukrayna prezidenti Vladimir Zelenskinin torpaqlarından imtina etməyəcəyi ilə bağlı bəyanatına gəldikdə isə, Peskov deyib ki, Ukraynada ilhaq etdikləri torpaqlar Rusiyaya aiddir: "Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanın bölgələridir. Konstitusiyamızda da bu, var. Bu, faktdır, dəyişməzidr"
Peskov Rusiyanın Ukrayna anlaşması ilə bağlı tələblərini ABŞ-a çatdırması ilə bağlı iddiaları şərh etməyib.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Mart 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















