Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Məmurların xaricə daşıdığı pullar hökmən və hökmən Azərbaycana qaytarılmalıdır”

“Məmurların xaricə daşıdığı pullar hökmən və hökmən Azərbaycana qaytarılmalıdır”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rüşvət və korrupsiyaya görə məsuliyyətə cəlb edilən, qanunsuz sərvətin leqallaşdırılmasında ittiham olunan və barəsində məhkəmə hökmü çıxarılan keçmiş məmurların dövlətdən oğurladığı və xaricə daşıdığı pullar hökmən və hökmən Azərbaycana qaytarılmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları rüşvət və korrupsiyaya qarşı mübarizədə ciddi uğurlar əldə etsə də, xaricə çıxarılan qanunsuz pulların geriyə qaytarılması istiqamətində sistemli iş aparmağa böyük ehtiyac var:

“Heç kimə sirr deyil ki, Azərbaycanın hüquq-mühafizə orqanları rüşvət və korrupsiyaya qarşı uğurlu mübarizə aparır, bu sahədə böyük nailiyyətlər ortaya qoyurlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin bu cür neqativ hallara qarşı sistemli mübarizə aparmaq qətiyyətindən xəbər verir. Bu səbəbdən də biz mütəmadi şəkildə Dövlət Təhlükəsizliyi Xidmətinin, prokurorluq orqanlarının rüşvətxor məmurlara qarşı uğurlu əməliyyatına şahid oluruq.

Lakin bu da bir həqiqətdir ki, bəzi məmurlar vəzifədə olarkən qanunsuz yolla əldə etdikləri pullaırn önəmli bir qismini xarici ölkələrə çıxarır, orada üçüncü, dördüncü şəxslərin adına böyük mülklər, ictimai iaşə obyektləri və s. alırlar. Bu adamlar sonrakı mərhələdə həbs olunsa da, onların xaricə daşıdıqları pullar geri qaytarılmır. Halbuki, həmin pullar Azərbaycan dövləti, Azərbaycan xalqına məxsusdur və bu pulların geri qaytarılması vacibdir.

Xatırladım ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubu qanunsuz vəsaitlər hesabına əldə edildiyi üçün Britaniya dövləti tərəfindən müsadirə edildi. Yəni məmurlarımızın xaricə daşıdığı pullardan bu pulların sahibi olan Azərbaycan dövləti deyil, digər ölkələr yararlanır. Bu halların qarşısını almaq üçün ciddi addımlar atmağa ehtiyac var. Bu addımlardan biri kimi Azərbaycanda rüşvət və korrupsiyaya görə saxlanılan şəxslərin həbsi ilə bağlı məhkəmə qərarının digər ölkələrə göndərilməsinin mümkünlüyünüqeyd etmək olar. Biz bu adımı atmaqla həmin ölkələrə sübut edə bilərik ki, bu şəxs rüşvətə görə həbs edilib və buna görə də həmin şəxsin digər ölkədəki bütün sərvəti Azərbaycan dövlətinə verilməlidir. Çünki istər qanuni, istərsə də ədalət baxımından ən doğru qərar məhz budur”.

Qeyd edək ki, bu gün də bəzi məmurlar və ya onların yaxınlarının xaricdə böyük sərvətə malik olması ilə bağlı mediada çoxsaylı məlumatlara rast gəlinməkdədir. Prezident Aparatınn sabiq rəhbəri Ramiz Mehdiyev də bu qəbildən olan şəxslər sırasındadır. Mediada yer alan məlumatlara görə, sabiq aparat rəhbərinin Dubayda xeyli sayda daşınmaz əmlakı mövcuddur. Ona qarşı yer alan ittihamlardan biri də 193-1.3.2-ci maddədir ki, bu maddə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlıdır.

Onun nəvəsi Hikmət Əliyevin də Dubayda böyük biznes şəbəkəsinə malik olması ilə ölkə mediasında bir sıra məqalələr yer alır.  

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri