Icma.az
close
up
RU
“Putinin təcavüzünün qarşısını alın!” Dünya dövlətlərinə MÜRACİƏT

“Putinin təcavüzünün qarşısını alın!” Dünya dövlətlərinə MÜRACİƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

ADP Rusiyanın Ukraynanın ilhaqına yönəlmüş qanlı müharibəni davam etdirməsindən narahatdır

ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ölkə prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ətrafında müzakirə aparıb.

İqtisadi, siyasi, ticari, vizasız gediş-gəliş, təhsil və ən önəmlisi bir-birinin təhlükəsizliyini, ərazi bütövlüyünü tanıma sahəsində əldə edilən razılaşmaların ölkəmizin milli maraqlarına, beynəlxalq nüfuzunun qorumasına xidmət etməsinə diqqət çəkən partiya yetkililəri bu səfərin nəticələrinin hər iki ölkə üçün önəmli qarşılıqlı faydalı olduğunu bildirib. Qlobal güc olan Asiya nəhəngi ilə illər öncə başlayan ikili əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə qaldırılması Azərbaycanın çoxvektorlu xarici siyasətində düzgün xətt yürütdüyünü isbatlamaqla yanaşı, qlobal dəyişilmələrin sürət aldığı, beynəlxalq hüququn yerini gücə söykənən zor siyasətinin tutduğu bir dövrdə bu ölkə ilə qurulan dərin əlaqələrin gələcəkdə ölkəmizi gözləyən iqtisadi, siyasi, hərbi təhdidlərdən qorunması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

İdarə Heyəti həmçinin hər iki ölkənin vətəndaşları üçün nəzərdə tutulan vizasız rejimin tətbiqi məsələsindən dolayı yarana biləcək problemlərə də diqqət çəkib və hakimiyyəti bu məsələdə həssas olmağa, hüquqi və fiziki şəxlərin, biznes strukturlarına aid iş adamlarının ticari, iqtisadi maraqlarının qorunması istiqamətində effektli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Avrop İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Kallasın Azərbaycana səfəri, ölkə başçısı və xarici işlər naziri ilə keçirdiyi görüşlər və əldə edilən razılaşmalar ətrafında fikir mübadiləsi aparıb və bu görüşün Azərbaycanla Aİ arasında uzun illərdən bəri qarşı tərəfin ölkəmizə qarşı tətbiq etdiyi ikili standartla bağlı yaranmış gərginliklərin aradan qaldırılması, bu qurumla münasibətlərin yeni mərhələyə daxil olması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. K.Kallasın görüş zamanı Azərbaycanın bir çox Avropa ölkələri üçün enerji daşıyıcılarının manesiz, təhlükəsiz və davamlı nəql edildiyi etibarlı tərəfdaş olması barədə səsləndirdiyi fikirlər ölkəmizin öz öhdəliklərinə sadiqliyini göstərməklə, onun regionda və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu bir daha təsdiq edir. İdarə Heyəti Azərbaycanın Aİ ilə ikitərəfli əməkdaşlığa əsaslanan və hər iki tərəfin maraqlarına xidmət edən yeni münasibətlərinin əhəmiyyətini qeyd edib və ölkə hakimiyyətini elmin, texnologiyanın sürətlə inkişaf etdiyi bu qurumla əlaqələrini daha intensiv şəkildə davam etdirməyə çağırıb.

İdarə Heyəti Hindistanla Pakistan arasında yaranmış gərginliklərdən, hərbi qarşıdurma ehtimalından ciddi narahat olduğunu bildirib, hər iki ölkəni yaranmış münaqişəni siyasi, diplomatik yolla tənzimləməyə dəvət etməklə hakimiyyəti Azərbaycanın təhlükəsizliyi ilə bağlı hər zaman ölkəmizin yanında olan qardaş Pakistana hərtərəfli dəstək verməyə, həmrəylik bildirməyə çağırıb.

İdarə Heyəti İran prezidenti Məsud Pezeşkianın ölkəmizə başlayan səfərinə münasibət bildirib və bu səfərin İranla Azərbaycan arasında yaranmış gərginliklərin aradan qaldırılması, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni zirvəyə qaldırılması, hər iki ölkənin milli maraqlarını təmin edən razılaşmaların əldə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. İdarə Heyəti eyni zamanda bir neçə gün öncə Bəndərabbasada baş verən partlayış nəticəsində bir çox insanın həyatını itirməsinədən xeyli sayda insanın yaralanmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu kədəri, hüznü bölüşmək üçün qonşu ölkəyə mənəvi, maddi yardım göstərməyə çağırıb.

İdarə Heyəti Ukrayna ilə Rusiya arasında başlayan və hər gün yüzlərlə insanın  günahsız qurbana çevrildiyi müharibənin daha böyük şiddət almasından, ABŞ-ın, Avropa İttifaqının sülh danışıqlarının baş tutması üçün çabalar göstərməsinə baxmayaraq Putin Rusiyasının bu qanlı müharibəni davam etdirmək istəyində olmasından ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini müstəqil, suveren bir ölkənin işğalına, ilhaqına yönəlmüş bu təcavüzün qarşısını almaq üçün ciddi, təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiya rəsmi dairələrinə daxil olan şəxslərin öz ətrafında yaşayan qonşu dövlətləri, eləcə də dünyanı təhdid edən müharibə çağırışlarını, qətiyyətlə pisləyib və imperialist iddialardan doğan bu hərbi təcavüz çağırışlarının heç bir əxlaqa, heç bir beynəlxalq hüquq normasına sığmadığını və bütün dünya üçün təhdid olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti erməni lobbisinin təsiri altında olan bir sıra Qərb strukturlarının Bakıda istintaqı gedən erməni canilərinin azadlığa buraxılması, guya onlara qarşı ədalətsiz məhkəmə davranışının olması ilə bağı bəyanatlarla çıxış etməsini qətiyyətlə pisləyib və bu bəyanatların Azərbaycanın daxili işlərinə qarışmaq, məhkəmə sisteminə açıq müdaxilə kimi dəyərləndirib.

İdarə Heyəti xərçəng xəstəliyindən əziyyət çəkən “Xural TV”-nin rəhbəri Əvəz Zeynallının həbsdən azadlığa buraxılmasını humanist addım kimi alqışlayıb, eyni zamanda ölkə rəhbərliyini humanizm prinsiplərinə söykənərək hazırda həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqublunun, səhhətində ciddi problemlər olan Ələsgər Məmmədlinin və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı müstəsna səlahiyyətlərindən istifadə etməyə çağırıb.

Hazırladı: KƏNAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri