Icma.az
close
up
RU
Putinin yeni nüvə planı: Kosmosdan zərbə təhlükəsi Generaldan XƏBƏRDARLIQ

Putinin yeni nüvə planı: Kosmosdan zərbə təhlükəsi Generaldan XƏBƏRDARLIQ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Qərb kəşfiyyat orqanlarının Rusiyanın nüvə başlığı daşıya bilən peyki kosmosa buraxmağa hazırlaşdığı barədə məlumatları beynəlxalq təhlükəsizlik gündəmində ciddi narahatlıq yaradıb. Məlumata görə, Moskva bu layihəni ilin sonunadək reallaşdıra bilər.

Belə bir addım kosmosun hərbiləşdirilməsi, nüvə təhlükəsizliyi və Rusiya ilə Qərb arasında onsuz da gərgin olan münasibətlər baxımından hansı nəticələrə səbəb ola bilər? Rusiyanın nüvə başlığı daşıyan peyki orbitə çıxarmaq planı nə dərəcədə real təhlükədir?

Bu suallarla bağlı Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, XX əsrdə böyük dövlətlər arasında hərbi üstünlük uğrunda mübarizə əsasən quru, dəniz və hava məkanlarında aparılırdısa, XXI əsrdə bu rəqabət kosmosa, kiberməkana və informasiya sistemlərinə qədər genişlənib.

"Artıq müasir müharibələrin taleyini yalnız tankların, təyyarələrin və raketlərin sayı deyil, kosmik sistemlərə nəzarət, informasiya üstünlüyü və komanda-idarəetmə imkanları da müəyyən edir. Bu baxımdan, Qərb kəşfiyyat orqanlarının Rusiyanın nüvə başlığı daşıya bilən peyki 2026-cı ilin sonunadək orbitə çıxarmağa hazırlaşdığı barədə məlumatları beynəlxalq təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır. Məlumatlar hələ tam təsdiqlənməsə də, belə bir layihənin həyata keçirilməsi qlobal hərbi-strateji tarazlıqda yeni və təhlükəli mərhələnin başlanğıcı ola bilər", - deyə general qeyd etdi.

Müsahibimizin fikrincə, Rusiyanın əsas strateji məqsədi kosmosdan Yer üzünə nüvə zərbəsi endirməkdən daha çox, ABŞ və NATO-nun kosmik üstünlüyünü zəiflətmək ola bilər:

"Çünki müasir orduların kəşfiyyat, rabitə, naviqasiya, raketlərin idarə olunması və hərbi əməliyyatların koordinasiyası imkanları böyük ölçüdə peyk sistemlərindən asılıdır. Kosmosda mümkün nüvə partlayışı bu sistemlərə genişmiqyaslı zərər vuraraq Qərbin hərbi üstünlüyünün mühüm dayaqlarını zəiflədə bilər. Lakin belə bir silahın istifadəsi yalnız ABŞ və NATO üçün deyil, Rusiya, Çin və digər dövlətlər üçün də ciddi təhlükə yaradar. Kosmosda nüvə partlayışının elektromaqnit və radiasiya təsirləri milli sərhədlərlə məhdudlaşmır. Beynəlxalq rabitə, aviasiya, dəniz nəqliyyatı, maliyyə sistemləri və qlobal logistika da bu hadisədən zərər görə bilər".

Karauz ən ciddi təhlükələrdən birinin kosmosda yeni silahlanma yarışının başlanması olduğunu vurğuladı:

"Rusiyanın nüvə silahını orbitə yerləşdirməsi təsdiqlənərsə, bu addım 1967-ci il Kosmos Müqaviləsinin pozulması demək olacaq və ABŞ, Çin, NATO və digər güclərin kosmik müdafiə, peyk əleyhinə silahlar və alternativ rabitə sistemlərinə yatırımlarını sürətləndirə bilər. NATO-nun kosmik müşahidə, erkən xəbərdarlıq, peyklərin izlənilməsi və alternativ hərbi rabitə imkanları mövcuddur. Lakin kosmosda nüvə partlayışının bütün nəticələrini aradan qaldıracaq tam etibarlı müdafiə sistemi yoxdur. Buna görə də Alyansın əsas üstünlüyü yalnız təhlükəni aşkar etməkdə deyil, mümkün hücum şəraitində hərbi idarəetməni və əməliyyat qabiliyyətini qoruyub saxlamaqda olacaq. Bu proseslər Türkiyə, Azərbaycan və Türk dünyası üçün də mühüm strateji nəticələr doğurur".

O əlavə etdi ki, Türkiyənin NATO üzvlüyü və inkişaf edən kosmik imkanları, Azərbaycanın peyk infrastrukturu, enerji və nəqliyyat dəhlizləri nəzərə alınarsa, Türk dövlətlərinin kosmik təhlükəsizlik, alternativ rabitə, kiberdayanıqlılıq və kritik infrastrukturların qorunması sahəsində əməkdaşlığının gücləndirilməsi strateji zərurətə çevrilir.

"Məsələyə daha geniş geosiyasi müstəvidən yanaşdıqda görünür ki, ABŞ, Çin və Rusiya arasındakı rəqabət artıq yalnız ərazilər, enerji ehtiyatları və təsir dairələri uğrunda deyil, həm də kosmos, süni intellekt, informasiya və yüksək texnologiyalar üzərində üstünlük əldə etmək uğrunda aparılır. Bu isə formalaşmaqda olan yeni dünya nizamının mühüm xüsusiyyətlərindən biridir. Nəticə etibarilə, Rusiyanın nüvə silahlı peyk layihəsi barədə məlumatlar yalnız yeni silah sisteminin meydana çıxması ehtimalı kimi deyil, müharibələrin xarakterinin və qlobal güc balansının dəyişməsinin göstəricisi kimi qiymətləndirilməlidir.

Birinci Dünya müharibəsində sənaye və səfərbərlik gücü, İkinci Dünya müharibəsində hava üstünlüyü və mexanikləşdirilmiş ordular həlledici əhəmiyyət daşıyırdısa, XXI əsrin mümkün böyük hərbi qarşıdurmalarında kosmik üstünlük, süni intellekt, kiberimkanlar və informasiya təhlükəsizliyi əsas strateji amillər sırasında olacaq. XX əsrdə böyük güclər dünya xəritəsindəki əraziləri və təsir dairələrini bölüşdürməyə çalışırdılarsa, XXI əsrdə mübarizə kosmos və informasiya məkanı üzərində üstünlük uğrunda da aparılır", - deyə general bildirdi.

Yücel Karauz gələcəyin güclü dövlətlərinin yalnız kosmosa çıxmağı bacaranlar deyil, kosmik sistemlər sıradan çıxdıqda belə öz təhlükəsizliyini, iqtisadiyyatını və hərbi idarəetməsini qoruyub saxlaya bilən dövlətlər olacağını vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Noyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri