Icma.az
close
up
RU
Putinin Zelenski ilə görüşü mümkündür, amma bir şərt var Kreml

Putinin Zelenski ilə görüşü mümkündür, amma bir şərt var Kreml

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş mümkündür, lakin bu, iki nümayəndə heyəti arasında razılaşmaların nəticəsi olmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Belə görüşün fundamental mümkünlüyü ilə bağlı mövqedə heç bir dəyişiklik yoxdur. Amma belə bir görüş iki nümayəndə heyəti arasında müxtəlif sahələrdə konkret razılaşmaların nəticəsi olmalıdır. Bununla bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur”, - deyə o bildirib.

Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçirilə biləcəyi ilə bağlı sözlərini şərh edən Peskov qeyd edib ki, növbəti görüşün yeri ilə bağlı hələlik qərar verilməyib. Eyni zamanda o əlavə edib ki, “danışıqların yeri hər iki tərəfə uyğun olmalıdır”.

Peskov bildirib ki, Rusiyanın Ukrayna üzrə memorandum layihəsi üzərində iş son mərhələdədir, onun məzmunu yaxın vaxtlarda məlum olacaq. O əlavə edib ki, yalnız bundan sonra danışıqların növbəti raundu müzakirə olunacaq.

Peskov həmçinin bildirib ki, Kreml mətbuat vasitəsilə Ukrayna ilə bağlı sənədlərin məzmununu müzakirə etməyəcək. Kreml sözçüsü əlavə edib ki, Ukraynada nizamlanma ilə bağlı KİV-də yayılan xəbərlərə ehtiyatla yanaşmaq lazımdır, çünki onların əksəriyyəti, onun təbirincə, “saxtadır”.

Daha əvvəl Vladimir Zelenski ruslarla istənilən formatda və təklif olunan istənilən yerdə görüşməyə, o cümlədən Putin və Trampla üçtərəfli danışıqlara hazır olduğunu bildirib.

“Biz Vatikanda, İsveçrədə və ya harada desələr və ya təklif etsələr, texniki görüşə hazırıq. Eləcə də liderlər səviyyəsində görüşə hazırıq. Əgər qərarımız liderlər səviyyəsində texniki görüşlər olmadan dərhal müzakirə oluna bilərsə, biz texniki görüş olmadan dərhal liderlər səviyyəsində görüşməyə hazırıq. Əgər Putin ikitərəfli görüşdən razı deyilsə və ya hamı bunun üçtərəfli görüş olmasını istəyirsə, mənim üçün fərq etməz. İstənilən formata hazıram”, - deyə o bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında danışıqların yeni mərhələsinin elan ediləcəyini bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Rusiya Ukrayna ilə bağlı “memorandum”unda şərtləri, habelə müharibənin başa çatması üçün mümkün müddətləri göstərəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri