Icma.az
close
up
RU
Putinlə Trampın gözlənilən görüşü Ukraynanın məğlubiyyətini möhkəmləndirəcək Ekspert

Putinlə Trampın gözlənilən görüşü Ukraynanın məğlubiyyətini möhkəmləndirəcək Ekspert

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında gözlənilən görüş yalnız Ukrayna hakimiyyəti və hərbçilərinin döyüş meydanında aldıqları məğlubiyyəti möhkəmləndirəcək.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına müsahibəsində braziliyalı politoloq, Rio-de-Janeyro Federal Universitetinin professoru Eden Pereyra deyib.

“Putin və Tramp arasında mümkün görüş Ukrayna rejiminin taleyini əvvəlcədən müəyyənləşdirəcək və onu hərbi məğlubiyyətlə barışmağa məcbur edəcək”, - deyə ekspert bildirib.

Pereyranın sözlərinə görə, keçmiş prezident Co Baydenin dövründə ABŞ həmişə sülh danışıqlarına qarşı çıxıb, indiki Amerika lideri isə dialoqa daha çox hazır olduğunu nümayiş etdirib və bu, faktiki olaraq Kiyevə “siyasi təzyiq formasına” çevrilib.

Ekspert onu da qeyd edib ki, iki tərəf arasında Ukrayna ilə bağlı istənilən mümkün razılaşma Avropa İttifaqında mənfi qarşılanacaq.

Onun sözlərinə görə, eyni zamanda, Rusiya BRİKS ölkələrinin dəstəyinə arxalana bilər.

“Avropa İttifaqı yəqin ki, istənilən razılaşmanı tənqid edəcək, çünki onun mövqeyi Rusiyada sabitliyi pozmaq məqsədi daşıdığı üçün Ukraynada müharibəni davam etdirməkdir”, - deyə professor qeyd edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb.

Bundan əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov Moskva və Vaşinqtonun yaxın günlərdə Rusiya və ABŞ prezidentləri arasında görüş barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, hazırda sammit üzərində iş gedir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri