Icma.az
close
up
RU
43 ildir haqsızlıqla üzləşən Cümhuriyyət

43 ildir haqsızlıqla üzləşən Cümhuriyyət

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


15 noyabr 2026-cı il Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqillik elanının 43-cü ildönümüdür. Bu əlamətdar tarix Kıbrıs türklərinin milli iradəsinin, dövlətçilik əzminin və öz müqəddəratını müəyyən etmək uğrunda mübarizəsinin mühüm rəmzidir. 1983-cü il noyabrın 15-də müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyəti ötən 43 il ərzində öz dövlətçilik institutlarını formalaşdırmış, milli kimliyini qoruyub saxlamış və beynəlxalq səviyyədə siyasi təmsilçilik imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.
Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik elanının ildönümü yalnız Kıbrıs türklərinin tarixi mübarizəsinin xatırlanması baxımından deyil, həm də onların beynəlxalq tanınması istiqamətində həyata keçirilən diplomatik fəaliyyətin nəticələrinin qiymətləndirilməsi, türk dünyasının həmrəyliyinin və Azərbaycanın bu prosesdəki rolunun təhlili baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumat üçün qeyd edək ki, Kıbrıs adası tarixən müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu məkan olmuşdur. Adada yaşayan türk icması əsrlər boyu öz milli kimliyini, dilini, mədəniyyətini və dini dəyərlərini qoruyaraq yaşatmışdır. Lakin XX əsrdə adada baş verən siyasi proseslər, etnik qarşıdurmalar və Kıbrıs türklərinin təhlükəsizliyinə yönələn təhdidlər onların dövlətçilik mübarizəsini daha da aktuallaşdırmışdır.

1960-cı ildə Kıbrıs Respublikası yaradılarkən türk və yunan icmaları arasında siyasi bərabərlik və birgə idarəçilik prinsipləri nəzərdə tutulmuşdu. Bununla belə, qısa müddət sonra bu sistem ciddi böhranla üzləşdi. 1963-cü ildən etibarən baş verən hadisələr, Kıbrıs türklərinin dövlət idarəçiliyindən kənarlaşdırılması və onlara qarşı zorakılıq halları adada siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu.
Kıbrıs türkləri öz təhlükəsizliklərini, siyasi hüquqlarını və milli varlıqlarını qorumaq məqsədilə uzunmüddətli mübarizə aparmağa məcbur oldular. 1974-cü ildə adada baş verən hadisələrdən sonra siyasi vəziyyət yeni mərhələyə qədəm qoydu. 1975-ci ildə Kıbrıs Türk Federativ Dövləti yaradıldı, 1983-cü il noyabrın 15-də isə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi elan edildi.
Bu qərar Kıbrıs türklərinin öz siyasi gələcəklərini müəyyənləşdirmək iradəsinin ifadəsi kimi təqdim olunur. Müstəqillik elanından sonra ŞKTC öz dövlət institutlarını inkişaf etdirmiş, idarəçilik sistemini formalaşdırmış və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.
Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq tanınması məsələsi uzun illərdir ki, beynəlxalq münasibətlər sisteminin mürəkkəb və mübahisəli mövzularından biri olaraq qalır. ŞKTC Türkiyə tərəfindən tanınsa da, digər dövlətlər tərəfindən rəsmi tanınmayıb. BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələri dövlətləri ŞKTC-ni tanımamağa çağırır. Bu vəziyyət Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq diplomatik əlaqələrinin inkişafına və siyasi təmsilçilik imkanlarına ciddi təsir göstərir.
Bununla belə, Kıbrıs türklərinin beynəlxalq səviyyədə təmsilçiliyinin genişləndirilməsi, onların siyasi hüquqlarının müdafiəsi və beynəlxalq təşkilatlarda iştirak imkanlarının artırılması istiqamətində mühüm diplomatik təşəbbüslər həyata keçirilir. Bu prosesdə Azərbaycanın rolu və aktivliyi xüsusi qeyd edilməlidir.

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlər tarixi, milli və mənəvi bağlılıq, türk dünyasının həmrəyliyi və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edir. Azərbaycan Kıbrıs türklərinin hüquqlarının müdafiəsinə, onların beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsinə və türk dünyası ilə əlaqələrinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət Prezident İlham Əliyevin türk dünyasının birliyi və həmrəyliyinə dair strateji baxışının mühüm tərkib hissəsidir. Dövlət başçısının çıxışlarında türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq maraqların müdafiəsi və türk dünyasının beynəlxalq münasibətlər sistemində daha fəal mövqeyə malik olması məsələləri xüsusi yer tutur.
Azərbaycanın ŞKTC-yə münasibətdə nümayiş etdirdiyi siyasi dəstək həm diplomatik, həm parlamentlərarası, həm də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyətlərdə öz əksini tapır.
Azərbaycanın Kıbrıs türklərinin beynəlxalq tanınması istiqamətindəki rolunu xüsusilə üç əsas istiqamətdə qiymətləndirmək mümkündür.

Birincisi, Azərbaycanın ŞKTC-nin beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsinə verdiyi siyasi dəstəkdir. Türk Dövlətləri Təşkilatında Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu əldə etməsi bu baxımdan mühüm nəticə hesab olunur.
İkincisi, Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası münasibətlərin inkişafıdır. Milli Məclis və ŞKTC Məclisi arasında əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlər və siyasi dialoq Kıbrıs türklərinin məsələsinin daha geniş müstəvidə müzakirəsinə imkan yaradır.
Üçüncüsü, Azərbaycanın türk dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətdir. Azərbaycan türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Kıbrıs türklərinin bu prosesdə fəal iştirakını da dəstəkləyir.

Kıbrıs türklərinin beynəlxalq təmsilçiliyi baxımından tarixi hadisə 2024-cü il iyulun 6-da baş verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın tədbirdə iştirakı Kıbrıs türklərinin beynəlxalq təmsilçiliyi baxımından mühüm siyasi hadisə oldu. Şuşa Zirvə görüşünün əhəmiyyəti yalnız türk dövlətləri arasında əməkdaşlığın inkişafı ilə məhdudlaşmırdı. Bu tədbir həm də Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında siyasi təmsilçiliyinin genişləndirilməsi və onun beynəlxalq platformalarda görünürlüğünün artırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Prezident İlham Əliyevin ŞKTC-nin tədbirdə iştirakına verdiyi yüksək qiymət Azərbaycanın Kıbrıs türklərinin siyasi iradəsinə və beynəlxalq təmsilçilik istəyinə dəstəyinin konkret ifadəsi idi.
Şuşada ŞKTC Prezidentinin öz dövlətinin bayrağı ilə iştirak etməsi Kıbrıs türklərinin türk dünyasında qəbul olunmasının və onların siyasi mövqeyinin diqqətə çatdırılmasının mühüm göstəricisi kimi qiymətləndirilə bilər.
Bu hadisə Azərbaycanın yalnız türk dünyasının birliyini təşviq edən dövlət deyil, həm də Kıbrıs türklərinin beynəlxalq təmsilçiliyinin genişləndirilməsinə töhfə verən mühüm siyasi tərəfdaş olduğunu nümayiş etdirdi.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri